İşin təsviri
- Gündəlik olaraq ərazilər üzrə Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası yoxlamalarının həyata keçirilməsi ;
- İş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına nəzarətin təmin edilməsi;
- İş yerində baş vermiş iş qəzaları , xəsarətlərin səbəblərinin analizı və qarşısının alınması üçün tədbirlərin hazırlanması və onların həyata keçirilməsinin təşkili;
- İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanması;
- Təlimat jurnallarının imzalanmasına nəzarət edilməsi;
- Peşələr üzrə SƏTƏMM təlimatlarının hazırlanması;
- İşə qəbul olunan yeni işçilərə , o cümlədən dövrü olaraq mövcud işçilərə əməyin mühafizəsi, texniki təhlükəsizliklə bağlı giriş təlimatının, təkrar, plandan kənar və cari təlimatların keçirilməsi;
- Fərdi mühafizə vasitələrinin verilməsinə nəzarət;
- İşçilərin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət edilməsi;
- İşçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vasitələrinin və digər vasitələrinin standartlara və sahə normalarına uyğun olmasına və bu vasitələrdən istifadəsinə nəzarət edilməsi;
- Binaların, tikililərin, maşın və mexanizmlərin, qurğuların, işçilərin kollektiv və fərdi mühafizə vasitələrinin, sanitar-texniki qurğuların vəziyyətini və SƏTƏMM qanunvericiliyinə uyğunluğunun yoxlanılması, uyğunsuzluqların aradan qaldırılması üçün təkliflərin verməsi;
- Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası üzrə nnovativ vasitələrin tətbiq edilməsi.;
Tələblər
- Ali təhsil (Texniki sahə üzrə);
- SƏTƏMM sahəsində minimum 2–3 il praktik iş təcrübəsi;
- MS Office proqramlarında sərbəst işləmə bacarığı;
- NEBOSH, İOSH sertifikatlarının olması üstünlükdür;
- Məlumatları aydın və anlaşıqlı şəkildə təqdimetmə və hesabat hazırlama bacarığı;
- Problemi həll etmə, analitik düşünmə, komanda ilə işləmə bacarığı;
- Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
- Danışıqların aparılması bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Azərbaycan dili – səlis, İngilis dili, Rus dili – yaxşı.
İş qrafiki:
- Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)
İş yeri:
- Heydər Əliyev Beynəlxalq Hava Limanı