İşin təsviri
Təsvir
- Gəlir Optimallaşdırması: Aylıq gəlir hədəflərinə nail olmaq və şəbəkə üzrə gəlirləri maksimumlaşdırmaq üçün dəqiq tələb proqnozlaşdırmaları və strateji gəlir idarəetmə üsullarını tətbiq etmək;
- Dəqiq Proqnozlaşdırma: Pik dövrlər və xüsusi tədbirlər zamanı, xüsusilə sinif, uçuş vaxtı, həftənin günü, başlanğıc və təyinat nöqtəsi üzrə çoxölçülü səviyyədə tələbi dəqiq proqnozlaşdırmaq;
- Pik İdarəetmə: Pik dövrlər və xüsusi hadisələr zamanı tələb dəyişikliklərindən maksimum gəlir əldə etmək üçün effektiv strategiyalar hazırlamaq və tətbiq etmək;
- Rəqabət Analizi: Rəqib qiymətləri və bazar meyllərini izləyərək imkanları və riskləri müəyyən etmək, zərurət olduqda strategiyaları yeniləmək;
- Performans Analizi və Məlumat-əsaslı Tənzimləmələr: Gəlir göstəricilərini izləmək, mütəmadi performans təhlilləri aparmaq və gəlirlərin artırılması üçün məlumatlara əsaslanan tövsiyələr hazırlamaq. Tələb trendlərini təkmilləşdirmək, sistem nəticələrini təsdiqləmək və şəbəkə optimizasiyasını dəstəkləmək üçün dəqiq O&D (Origin & Destination) məlumatlarını təmin etmək;
- Əməkdaşlıq: Qiymət və gəlir strategiyalarının ümumi biznes məqsədlərinə uyğun olmasını təmin etmək üçün Şəbəkə Planlaşdırması, Alyans, Satış, E-kommersiya, Marketinq və Loyallıq proqramı komandaları ilə sıx əməkdaşlıq etmək;
- Sistemlər və Alətlər: Gəlirlərin optimallaşdırılması və məlumatlara əsaslanan qərarların qəbulunu dəstəkləmək üçün gəlir idarəetmə proqramları və alətlərindən effektiv istifadə etmək;
- Davamlı İnkişaf: Gəlirlərin artırılmasına yönəlmiş proses təkmilləşdirmələrini müəyyənləşdirmək və həyata keçirmək;
- Layihələrdə İştirak: Gəlir idarəetmə layihələrində tələb strategiyaları üzrə ekspert dəstəyi göstərmək.
Tələblər
- Təhsil səviyyəsi: Ali
- Revenue management sahəsində minimum 2-3 il iş təcrübəsi;
- Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
- Təqdimat bacarıqlar;
- Problemi həll etmə, analitik düşünmə, komanda ilə işləmə bacarığı;
- Danışıqların aparılması bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
- Microsoft Office proqramları (MS Word, PowerPoint, Excel – əla səviyyədə);
- Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yüksək), Rus dili (orta).
İş qrafiki:
- Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)
İş yeri:
- Heydər Əliyev Beynəlxalq Hava Limanı