İşin təsviri
- Aviasiya personalının tibbi müayinələrinin təşkili və koordinasiyasını həyata keçirmək;
- Tibbi müayinə nəticələrinin izlənilməsini təmin etmək;
- Aviasiya tibbi mərkəzləri ilə qarşılıqlı əlaqəni təmin etmək;
- Aviasiyada sanitariya və tibbi təminat məsələlərini koordinasiya etmək;
- Müvafiq hesabatları hazırlamaq və aparmaq;
- Normativ tələblərə riayət olunmasına nəzarət etmək.
Tələblər
- Ali tibbi təhsilə malik olmaq;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Azərbaycan dili səlis, ingilis dili və rus dillərini bilmək üstünlükdür;
- Aviasiya və sanitariya təbabətinin əsasları üzrə biliklərə malik olmaq;
- Aviasiya personalı ilə işləmək və tibbi müayinələri koordinasiya etmək bacarığına malik olmaq;
- Sanitariya sahəsində iş təcrübəsinə malik olmaq;
- Analitik düşünmə qabiliyyətinə malik olmaq;
- Normativ sənədlərlə işləmək və hesabatlar hazırlamaq bacarığına malik olmaq;
- Komanda ilə səmərəli əməkdaşlıq etmək və qarşılıqlı əlaqə qurmaq bacarığına malik olmaq.
İş rejimi: 5 günlük
İş yeri: Heydər Əliyev adına Beynəlxalq Hava Limanı