İşin təsviri
- Uçuş heyətinin sertifikatlaşdırılması prosesini təşkil etmək və müvafiq sənədləri hazırlamaq;
- Sertifikat və lisenziyaların etibarlılıq müddətlərinə və yenilənmə tarixlərinə nəzarət etmək;
- İlkin, yenilənmə, yenidən təsdiqləmə və dövri təlimlərdən sonra sertifikatların rəsmiləşdirilməsini təmin etmək;
- Təlim, sertifikatlaşdırma və uçuş yoxlamaları üzrə məlumatları təsdiq edilmiş sistemlərdə vaxtında yeniləmək;
- Uçuş heyəti üzvlərinin elektron və kağız formatda şəxsi işlərini idarə etmək və arxivləşdirmək;
- Simulator, yerüstü və uçuş yoxlamalarının düzgün sənədləşdirilməsinə nəzarət etmək;
- Təlim və sertifikatlaşdırma üzrə hesabatlar hazırlamaq və auditlər üçün tələb olunan sənədləri toplamaq;
- Uyğunsuz, çatışmayan və ya vaxtı keçmiş sənədləri müəyyən etmək və onların aradan qaldırılmasını təmin etmək;
- Uçuş heyətinin daxili sertifikatlaşdırılmasını həyata keçirmək;
- Lisenziyaların etibarlılığının təmin edilməsi məqsədilə DMAA ilə müvafiq kommunikasiyanı həyata keçirmək;
- Sənədləşdirmənin ICAO standartlarına və tətbiq olunan normativ tələblərə uyğunluğunu təmin etmək;
- Təlim sənədlərinin təlimatçılar tərəfindən düzgün və tam doldurulmasına nəzarət etmək;
- Təlim və sertifikatlaşdırma məlumatlarının dəqiq və aktual saxlanılmasını təmin etmək;
- Fəaliyyət istiqaməti üzrə rəhbərliyə müvafiq hesabatlar təqdim etmək.
Tələblər
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – orta; Rus dili – arzuolunandır.
- MS Office proqramlarında işləmək bacarığı;
- Sənədlərin düzgün idarə olunması, qeydiyyatı və arxivləşdirilməsi üzrə bacarıq;
- Diqqətlilik, dəqiqlik və məxfi məlumatlarla işləmək bacarığı;
- Öyrənmə və yeni prosesləri tez mənimsəmə qabiliyyəti;
- Dəyişikliklərə və yeni iş şəraitinə uyğunlaşma bacarığı;
- Komandada işləmək və digər struktur bölmələrlə effektiv əməkdaşlıq etmək bacarığı;
- Vaxtın düzgün idarə edilməsi və tapşırıqların müəyyən edilmiş müddətlərdə icra olunması bacarığı.
İş yeri
- Heydər Əliyev Beynəlxalq Hava Limanı.
İş rejimi
- 5 günlük iş qrafiki (09:00–18:00).