İşin təsviri
- Uçuşdaxili əyləncə və internet xidmətləri üzrə bütün əməliyyat fəaliyyətlərinin vahid koordinasiya nöqtəsi kimi çıxış etmək;
- Müştəri təcrübəsi üzrə verilən tapşırıq və göstərişlərin əməliyyat səviyyəsində vaxtında və düzgün icrasını təmin etmək;
- Müştəri təcrübəsi bölməsi ilə CAMO / Texniki xidmət, Uçuş əməliyyatları, Yerüstü xidmətlər, Satınalma, Logistika və digər aidiyyəti struktur bölmələr arasında əlaqələndirici rolunu yerinə yetirmək
- Planlaşdırılmış dəyişiklik və təşəbbüsləri icra edilə bilən konkret əməliyyat addımlarına çevirmək və icrasını izləmək;
- Peron və yerüstü xidmətlər daxil olmaqla, yerində əməliyyat nəzarətini təmin etmək, avadanlıqların təyyarələrə yüklənməsi və boşaldılması prosesinə nəzarət etmək;
- Uçuşdaxili əyləncə serverləri, simsiz sistemlər, media daşıyıcıları, planşetlər və digər əlaqəli avadanlıqların hərəkətini, yerləşdirilməsini və hazır vəziyyətini təmin etmək;
- Uçuşdaxili əyləncə və internet xidmətləri üzrə avadanlıqların inventarını, mövcudluğunu və əməliyyat statusunu mütəmadi olaraq izləmək;
- Media kontentinin, proqram təminatının və internet bağlantısı yeniləmələrinin plan üzrə həyata keçirilməsini koordinasiya etmək və icranı təsdiqləmək;
- Planlaşdırılmış yeniləmələrlə faktiki təyyarələrdə icra olunan dəyişikliklər arasında uyğunluğu təmin etmək;
- Satınalma və logistika bölmələri ilə birlikdə avadanlıqların daşınması, təhvil-təslimi və daxili paylanmasını koordinasiya etmək;
- Gömrük rəsmiləşdirilməsi proseslərini izləmək, gecikmə və risklərin qarşısını almaq və operativ həllinə dəstək vermək;
- Biznes sinfi üçün planşetlərin, internet vauçerlərinin və digər xidmət elementlərinin əməliyyat baxımından hazır olmasını yoxlamaq;
- Uçuşdaxili əyləncə və internet xidmətlərinin cari vəziyyəti barədə rəhbərliyi mütəmadi və operativ məlumatlandırmaq;
- Açıq qalan məsələləri, gecikmələri və riskləri sistemli şəkildə izləmək və vaxtında eskalasiya etmək;
- Əməliyyat zamanı yaranan problemlərin aidiyyəti bölmələrlə koordinasiyalı və operativ həllini təşkil etmək;
- Reaktiv yanaşmadan planlı və idarə olunan icraya keçidi təmin etmək məqsədilə əməliyyat proseslərinin təkmilləşdirilməsi üzrə təkliflər vermək;
- Strateji planlarla faktiki əməliyyat icrası arasında uyğunluğu və hesabatlılığı təmin etmək;
- Xidmətlərin həcmi və mürəkkəbliyi artdıqca əməliyyatların sabit, şəffaf və proqnozlaşdırıla bilən şəkildə idarə olunmasını təmin etmək.
Tələblər
- Təhsil səviyyəsi: Ali (Bakalavr);
- Şəbəkə əməliyyatları üzrə minimum 2 il iş təcrübəsi;
- Problemi həll etmə, analitik düşünmə bacarığı;
- Komanda ilə işləmə bacarığı;
- Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
- Danışıqların aparılması bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı, liderlik keyfiyyətləri;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Təqdimat bacarıqları;
- Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
- Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint – yüksək);
- Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yaxşı), Rus dili (yaxşı).
İş qrafiki:
- Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)
İş yeri:
- Heydər Əliyev Beynəlxalq Hava Limanı