Uçuşdaxili xidmət keyfiyyəti üzrə mütəxəssis

İşin təsviri

  • Uçuşdaxili xidmətlərin keyfiyyət səviyyəsinin qiymətləndirilməsi və monitorinqində iştirak etmək;
  • Xidmət standartlarının tətbiqinə və icrasına nəzarət etmək;
  • Müştəri təcrübəsinin yaxşılaşdırılması istiqamətində təkliflər hazırlamaq;
  • Uçuşdaxili xidmət prosesləri üzrə məlumatların təhlilini aparmaq;
  • Xidmət keyfiyyəti ilə bağlı hesabatların hazırlanmasında iştirak etmək;
  • Xidmət səviyyəsinin artırılması üçün müvafiq struktur bölmələri ilə koordinasiyanı təmin etmək.

Tələblər

  • Bakalavr təhsili;
  • Azərbaycan dili – C2 səviyyə;
  • İngilis dili – B1 səviyyə;
  • Rus dili – A2 səviyyə;
  • MS Word, MS Excel, MS PowerPoint və MS Outlook proqramlarında işləmə bacarığı;
  • Yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Danışıqların aparılması bacarığı;
  • Problem həll etmə bacarıqları;
  • Təqdimat bacarıqları;
  • Öyrənmə qabiliyyəti və dəyişikliklərə uyğunlaşma bacarığı;
  • Komandada işləmək bacarığı.

İş qrafiki:

  • Növbəli

İş yeri:

  • Heydər Əliyev Beynəlxalq Hava Limanı