İşin təsviri
- Məktub, korporativ yazışma, arayış, məlumat və digər rəsmi sənədlərin hazırlanması və redaktə edilməsi;
- Sənədlərin məzmun, struktur, orfoqrafik, qrammatik, leksik və üslubi baxımdan yoxlanılması;
- Yazılı materiallarda aşkar edilmiş uyğunsuzluq və səhvlərin müəyyən edilməsi və aradan qaldırılması;
- Elektron sənəd dövriyyəsi sisteminə yüklənən çıxış sənədlərinin dil və yazı qaydalarına uyğunluğunun yoxlanılması;
- Normativ-hüquqi və daxili tələblərə uyğun sənədləşmə işlərinin həyata keçirilməsi;
- Terminlərin, xüsusi adların və digər ifadələrin düzgün istifadəsinin təmin edilməsi;
- Sənədlərin tərtibat və rəsmi yazışma qaydalarına uyğunluğunun təmin edilməsi;
- Sənədlərin yoxlanılması və redaktəsi zamanı struktur bölmələrin məsul əməkdaşları ilə effektiv yazılı və şifahi kommunikasiya qurulması;
- Mətnlərdə aparılmış korrektələrin zəruriliyini əsaslandırmaq və müvafiq düzəlişlər üzrə təkliflər verilməsi.
Tələblər
- Filologiya, jurnalistika və ya əlaqəli ixtisaslar üzrə ali təhsil;
- Müvafiq sahədə 1 il iş təcrübəsi;
- Mətnlərin redaktəsi və rəsmi sənədləşmə qaydalarını bilmək;
- Azərbaycan dilinin orfoqrafik, qrammatik, leksik və üslubi normalarını bilmək və tətbiq etmək;
- Normativ-hüquqi sənədlər, terminlər və xüsusi adlarla düzgün işləmək bacarığı;
- Mətnlərin dil normalarına uyğunluğunu qiymətləndirmək, redaktə və korrektə etmək bacarığı;
- Detallara diqqətli, məsuliyyətli və işləri vaxtında yerinə yetirmək bacarığı;
- Azərbaycan, rus və ingilis dillərini sərbəst bilmək;
- Microsoft Office proqramları və elektron sənəd dövriyyəsi sistemlərindən istifadə bacarığı;
- Elektron mühitdə sənədlərin hazırlanması, yoxlanılması və redaktə edilməsi bacarığı.