İşin təsviri
- Müqavilələrin hüquqi ekspertizasının aparılması;
- Xarici kommunikasiya strategiyasına uyğun olaraq press relizlərin, çıxışların, məqalələrin, müsahibələrin hazırlanması;
- Aparıcı media qurumları və jurnalistlərlə əməkdaşlığın qurulması və gücləndirilməsi
- Jurnalistlər və media nümayəndələrindən daxil olan sorğuların cavablandırılması
- Böhran kommunikasiyalarının hazırlanması və idarə olunması;
- Mətbuat konfransları, brifinqlər, press-turlar və media üçün nəzərdə tutulan digər tədbirlərin təşkili, onların əsas media platformalarında geniş işıqlandırılmasının təmin edilməsi;
- Şirkətin beynəlxalq səviyyədə imicini gücləndirəcək PR layihələrin hazırlanması və icrası;
- İnflüenserlərlə əməkdaşlıq;
- Şirkətin reputasiyasına təsir edə biləcək xəbərlərin monitorinqi;
- Rəhbərliyin qərarlarının icrasını təmin etmək, onu işlərin cari vəziyyəti və nəticələri barədə vaxtında məlumatlandırmaq.
Tələblər
- Təhsil səviyyəsi – Magistr;
- Xarici kommunikasiyalar sahəsində minimum 3 il iş təcrübəsi;
- Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
- Problemi həll etmə, analitik düşünmə, komanda ilə işləmə bacarığı;
- Danışıqların aparılması bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
- Təqdimat bacarıqları;
- Microsoft Office proqramları (MS Word, PowerPoint, Excel – əla səviyyədə);
- Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yüksək), Rus dili (orta).
İş qrafiki:
- Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)
İş yeri:
- Heydər Əliyev Beynəlxalq Hava Limanı