Xətt üzrə texniki baxışın planlaşdırılması qrupu, Mühəndis (CAMO Engineer)

İşin təsviri

Təsvir

  • Hava gəmilərinə xətt üzrə texniki baxışın planlaşdırılmasına nəzarəti həyata keçirməlidir;
  • Aviasiya texnikasına xətt üzrə texniki baxışın idarə edilməsi prosesində istehsalat sahələrinin qarşılıqlı fəaliyyətini təşkil etməli və bu prosesin təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlamalıdır;
  • Hava gəmilərinə xətt üzrə texniki baxışın (Line Maintenance) texniki xidmət sahələrinin istehsalat tapşırıqlarını təhlil etməli və hava gəmilərinin normativ sazlığının təmin edilməsi üçün müvafiq tədbirlər hazırlamalıdır;
  • Hava gəmilərinə xətt üzrə texniki baxışın (Line Maintenance) texniki xidmət proqramına və reqlamentinə uyğun olaraq hava gəmilərinə texniki xidmətin yerinə yetirilməsinə nəzarət etməli, həmçinin ayrı-ayrı istehsalat sahələrində yerinə yetirilmiş işləri seçmə üsulu ilə yoxlamalıdır;
  • Hava gəmilərinə xətt üzrə texniki baxışla (Line Maintenance) bağlı sənədləri hazırlamalı və yoxlamalıdır.

Tələblər

  • Ali aviasiya təhsili;
  • Müvafiq sahə üzrə min 1 il iş təcrübəsi;
  • Hava gəmilərinin texniki xidmət proseslərinin planlaşdırılması və idarə edilməsi üzrə bilik;
  • Line Maintenance prosesləri və texniki xidmət proqramları üzrə anlayış;
  • Aviasiya texniki sənədləri və normativ tələblərlə işləmək bacarığı;
  • Azərbaycan və ingilis dillərində yaxşı ünsiyyət bacarığı;
  • MS Office proqramlarında işləmək bacarığı.