İşin təsviri
- Terminalda sərnişin xidmətlərinin müəyyən edilmiş prosedur və xidmət standartlarına uyğun həyata keçirilməsinə nəzarət etmək;
- Qeydiyyat prosesinin uçuş cədvəlinə uyğun vaxtında açılıb-bağlanmasını və prosesin düzgün təşkilini təmin etmək;
- Sərnişin xidmətləri üzrə gündəlik əməliyyat proseslərini koordinasiya etmək;
- Qeyri-standart hallarda, o cümlədən overbooking, gecikmə, reys ləğvi və rerouting zamanı sərnişinlərin vaxtında və düzgün məlumatlandırılmasını təmin etmək;
- Qeyri-standart hallarda sərnişinlərə göstərilən müvafiq xidmətlərin müəyyən edilmiş prosedurlara uyğun təşkilinə nəzarət etmək;
- Xüsusi kateqoriyalı sərnişinlərə göstərilən xidmətlərin prosedurlara uyğun və keyfiyyətli təşkilinə nəzarət etmək;
- OCC, növbə rəisi, təhlükəsizlik, sərhəd xidməti və digər aidiyyəti qurumlarla operativ koordinasiyanı təmin etmək;
- Terminalda sərnişin axınının və xidmət proseslərinin səmərəli idarə olunmasına nəzarət etmək;
- Xidmət zamanı yaranan nöqsanları və problemləri müəyyən etmək, onların operativ həlli üçün müvafiq tədbirlər görmək;
- Aşkar edilmiş nöqsanlar barədə rəhbərliyi vaxtında məlumatlandırmaq və xidmət keyfiyyətinin artırılması üzrə təkliflər vermək;
- Sərnişin məmnuniyyətinin və yüksək xidmət keyfiyyətinin təmin edilməsinə nəzarət etmək.
Tələblər
- Ali təhsil;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Aviasiya, hava limanı, sərnişin xidmətləri və ya müştəri xidmətləri sahəsində iş təcrübəsi üstünlükdür;
- İngilis dili səlis, Rus dili arzuolunandır;
- MS Word, MS Excel və MS Outlook proqramlarında işləmək bacarığı;
- Sərnişin xidmətləri və hava limanı əməliyyatları haqqında bilik;
- Qeydiyyat, boarding və sərnişin xidmətləri prosesləri barədə anlayış;
- Qeyri-standart və stressli vəziyyətlərdə operativ qərarvermə bacarığı;
- Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı;
- Problem həll etmə və operativ qərarvermə bacarığı;
- Komandada işləmək və müxtəlif struktur bölmələrlə effektiv əməkdaşlıq etmək bacarığı;
- Dəyişikliklərə və gözlənilməz vəziyyətlərə çevik uyğunlaşmaq bacarığı;
- Sərnişinyönümlü yanaşma və yüksək xidmət mədəniyyəti;
- Məsuliyyətlilik, diqqətlilik, operativlik və yüksək iş intizamı;
- Növbəli iş rejimində işləməyə hazır olmaq.
İş yeri: Heydər Əliyev adın Beynəlxalq Hava Limanı
İş rejimi: Növbəli