İşin təsviri
- Hava hərəkətinin idarə edilməsi dispetçeri öz məsuliyyət zonasının müəyyən edilmiş sərhədləri daxilində radiotexniki və radiolokasiya vasitələrindən istifadə etməklə hava gəmilərinin hərəkətini idarə etmək;
- Hava gəmilərinin hərəkətinin idarə edilməsi prosesi zamanı hava hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə hərbi hava qüvvələri və hava hərəkətinin idarə edilməsi üzrə qonşu dispetçer məntəqələri ilə qarşılıqlı əlaqədə işləmək;
- Hava gəmilərinin heyətlərinə uçuşların yerinə yetirilməsi ilə bağlı dəqiq və vaxtında zəruri göstərişlər və məlumatlar vermək;
- Nəzarət etdiyi yaxın zonalarda hava və meteoroloji şəraiti öyrənmək və təhlil etmək, hava gəmilərinin təhlükəli meteoroloji hadisələr zonasına daxil olmasının qarşısını almaq üçün müvafiq tədbirlər görmək;
- Hava gəmilərinin təhlükəsiz hərəkətinin təmin edilməsi mümkün olmadıqda, hava gəmilərinin heyətlərinə uçuşların yerinə yetirilməsini qadağan etmək.
Tələblər
- Vətəndaşlıq: AR vətəndaşı olmaq;
- Yaş: 22-30 yaş aralığında olmaq (uyğun təcrübə olmadığı halda);
- Yaş: maksimum 35 (uyğun təcrübə olduğu halda);
- Təhsil: Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi;
- Dil bilikləri: Azərbaycan – səlis, İngilis – ICAO üzrə 4-cü səviyyə aviasiya ingilis dili bilikləri;
- Qavrama və tez reaksiya vermə bacarığı;
- Məsuliyyətli və intizamlı olmaq;
- Komandada işləmək bacarığı.
Əlavə Qeydlər:
- DMAA-nin Student license olan namizədlərə üstünlük veriləcək.