İşin təsviri
- Komplayens və Monitorinq şöbəsinin fəaliyyətinin təşkili və idarə olunması
- Agentlik daxili komplayns siyasətinin icrasını təmin etmək
- Requlyativ tələblərin təmin olunması məqsədilə effektiv nəzarət mexanizmlərinin qurulması və tətbiqi
- Beynəlxalq standartlara (ISO 37001, FCPA, UNCAC və.s) uyğun olaraq komplayens sisteminin inkişaf etdirilməsi
- Komplayens risklərinin müəyyən olunması, risk və insidentlərin qiymətləndirilməsi və idarə edilməsi
- Xüsusi komplayns indikatorlarının hazırlanması, tətbiqi və nəzarət edilməsi;
- İllik monitorinq planlarının hazırlanması və icrası.
- Sahə üzrə daxili normativ sənədlərin hazırlanması və təkminləşdirilməsi
- Komplayens və monitorinq fəaliyyəti ilə bağlı rəhbərliyə mütəmadi hesabatların təqdim olunması.
Tələblər
- İqtisadiyyat, maliyyə, hüquq və ya əlaqəli sahələr üzrə təhsil
- Komplayens, risk, fraud, daxili nəzarət və monitorinq sahələrində minimum 3 il iş təcrübəsi, ən azı 1 il rəhbər vəzifədə çalışmaq
- Dil bilikləri: Azərbaycan və İngilis dili sərbəst, rus dili (arzuolunandır).
- Sahə üzrə beynəlxalq sertifikatlara malik olmaq (CIA, CAMS, CRCMP, ISO 37001 və.s)
- Microsoft Office, Power BI, SQL yaxşı səviyyədə texniki bacarıqlar
- Beynəlxalq komplayens və etik standartlar barədə ətraflı biliklər
- Müxtəlif struktur bölmələrlə yüksək səviyyəli əməkdaşlıq və effektiv idarəçilik bacarıqları
- Hesabatların hazırlanması və təqdim olunması üzrə təcrübə