İnzibatiləşdirmə üzrə kiçik mütəxəssis

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

Tarixi İpək Yolunun mərkəzində yerləşən Abşeron Logistika Mərkəzi, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

  • Məlumat bazası ilə işləmək, məlumat bazasını formalaşdırmaq;
  • Müştəri yüklərinin, vaqon məlumatlarının yerində yoxlanılmasında iştirak;
  • Müştəri yüklərinin, vaqon məlumatlarının proqrama işlənməsində iştirak;
  • Sənədlərin sistem üzrə arxivləşdirilməsi.

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • Rus dili biliyi mütləqdir;
  • MS Office proqramlarında iş bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə, inandırma və satış bacarıqları;
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Aktiv, məsuliyyətli və nəticəyə işləmək bacarığı;
  • Davamlı olaraq nəticələr əldə etmək və şirkətlə birlikdə inkişaf arzusu;
  • Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
  • Komandanın üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.

Göstərilən tələblərə uyğun namizədlər linkə keçid edərək – https://career.absheronport.az/ karyera portalımız üzərindən və ya CV formalarını cv@absheronport.az elektron poçt ünvanına göndərməklə müraciət edə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İnzibatiləşdirmə üzrə kiçik mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. (Qeyd: Gediş-gəliş üçün nəqliyyat xidməti (servis) göstərilir.)