İşin təsviri
- 2D çertyojlar, baş planlar və texniki tapşırıqlar əsasında həcmli və dəqiq 3D modellərin hazırlanması;
- Abadlıq obyektlərinin (parklar, bağlar, bulvarlar, piyada zonaları və digər ictimai məkanlar), yol qovşaqlarının və nəqliyyat infrastrukturunun elementlərinin fotorealist 3D render və vizuallaşdırmalarının yaradılması;
- Layihələrin mövcud foto-mühitə inteqrasiyasını təmin edən konseptual kollajların hazırlanmasında iştirak ( “əvvəl – sonra” vizuallaşdırmaları);
- Dizayn layihələrinin vizual işlənməsi, o cümlədən döşəmə örtükləri, yaşıllaşdırma həlləri, kiçik memarlıq formaları (KMF) və işıqlandırma elementlərinin təqdimatı.
Tələblər
- Ali təhsil (memarlıq, dizayn və ya əlaqəli sahə üzrə);
- SketchUp proqramında (və ya analoji 3D modelləşdirmə proqramlarında) sərbəst işləmək bacarığı;
- Corona Render ilə iş təcrübəsi (V-Ray və ya D5 Render bilikləri üstünlükdür);
- Renderlərin post-prosessinqi və konseptual kollajların hazırlanması üçün Adobe Photoshop proqramında yüksək səviyyədə bilik;
- Vizual təqdimatların hazırlanması üçün Adobe InDesign proqramında işləmək bacarığı;
- İngilis dilini yüksək səviyyədə bilmək, rus dilini texniki səviyyədə anlamaq;
- Reallaşdırılmış layihələrdən ibarət portfelin mövcudluğu.
Üstünlük hesab olunacaq:
- Şəhərsalma, nəqliyyat infrastrukturu, yol təsərrüfatı və abadlaşdırma sahələrində layihələndirmə prosesləri haqqında anlayış;
- Şəhər nəqliyyatı və ya memarlıq sahəsində müvafiq iş təcrübəsi;
- Lumion, AutoCAD və Revit proqramları ilə işləmək bacarığı.