İşin təsviri
- Mikromobillik infrastrukturunun genişləndirilməsi istiqamətində layihələrin hazırlanması
- Ərazilərin təhlil edilməsi
- Mikromobillik parklanmalarının təşkil edilməsi məqsədilə təhlillərin aparılması, yeni yerlərin müəyyənləşdirilməsi
- Mikromobillik zolaqlarının və parklanmalarının müvafiq xəritələrə yerləşdirilməsi
- Layihələrin icrası zamanı ərazidə nəzarətin həyata keçirilməsi
- Mütəmadi olaraq mövcud zolaqlar üzrə monitorinqlərin aparılması və aşkar edilmiş problemlərin aradan qaldırılması üçün tədbirlərin görülməsi
- Operatorların işinə nəzarət
- Mikromobilliyin təbliği və təşviqi istiqamətində araşdırmalar aparmaq və bu istiqamətdə təkliflərin hazırlanmasında iştirak etmək
- Bu sahənin inkişafı istiqamətində beynəlxalq təcrübənin araşdırılması və təkliflərin hazırlanması
- Müxtəlif dövlət qurumları ilə koordinasiyalı işin aparılması
- Şöbənin müxtəlif tədbirlərdə və görüşlərdə təmsil edilməsi
Tələblər
- Nəqliyyat sahəsi üzrə ali təhsil (Yol hərəkətinin təşkili ixtisası üzrə olması üstünlükdür)
- Mikromobillik sahəsində nəzəri və praktik biliklərə malik olmaq
- Layihələndirmə sahəsində bilik və təcrübə
- AutoCAD, CorelDRAW kimi qrafik və layihələndirmə proqramlarında sərbəst işləmə bacarığı
- MS Office proqramlarında (Word, Excel, PowerPoint və s.) sərbəst işləmə bacarığı
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı (İngilis və rus dillərini bilmək əlavə üstünlük hesab olunur)
- Ünsiyyət qurmaq və komandada işləmək bacarığı
- Təşəbbüskar olmaq və yaranan problemləri operativ şəkildə həll etmə bacarığı
- Təhlil etmə bacarığı
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi (mikromobillik, şəhər nəqliyyatı, layihələndirmə və ya bənzər sahələr üzrə olması üstünlükdür)
- Sürücülük vəsiqəsinin olması üstünlükdür