İşin təsviri
Əsas öhdəliklər:
– Onlayn bilet satışının və ictimai nəqliyyatın işinin təşkili üzrə fəaliyyətləri həyata keçirmək, daşımaların icrasına və gedişhaqqı tariflərinin tətbiqinə nəzarət etmək.
– Sərnişindaşıma fəaliyyəti üzrə hesabatlılığı təmin etmək, marşrut şəbəkəsinin optimallaşdırılması və avtobus parkının yenilənməsi ilə bağlı təhlillər və təkliflər hazırlamaq.
– Müsabiqə nəticəsində qalib elan olunmuş daşıyıcılar tərəfindən daşımaların marşrutlar (reyslər) üzrə təmin edilməsi ilə əlaqədar tədbirlər görülməsində və nəzarətin təmin edilməsində iştirak etmək;
– Sifarişli sərnişin daşımalarına icazələrin verilməsi ilə bağlı müraciətləri və sənədləri yoxlamaq, müqavilələrin bağlanılması və icrasına nəzarət etmək.
– İctimai nəqliyyatda innovativ həllər və yeni tarif modelləri üzrə təhlillər aparmaq, tətbiq imkanlarına dair təkliflər vermək və icrada iştirak etmək;
– Taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində hüquqi və ya fərdi sahibkarlara icazələrin verilməsi üçün təqdim olunan elektron ərizələri yoxlamaq və onları təsdiqləmək;
– Taksi sifarişi operatorlarının fəaliyyətinə icazələrin verilməsi üçün təqdim olunan sənədləri yoxlamaq və təsdiqləmək;
– Elektron sistem üzərindən Taksi fəaliyyəti üzrə qanunvericiliyin tələblərinə nəzarəti həyata keçirmək və aidiyyəti üzrə tədbirlər görmək.
Tələblər
Tələblər:
– Nəqliyyat sahəsi üzrə ali təhsil;
– Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
– Azərbaycan dilini sərbəst səviyyədə bilmək;
– MS Office proqramlarında sərbəst işləmə bacarığı;
– İngilis və ya rus dillərindən birini sərbəst bilməsi üstünlükdür;
– “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu;
– Azərbaycan Respublikasının avtomobil nəqliyyatı sahəsi üzrə qanunvericiliyini və normativ aktları;
– “Lisenziyalar və icazələr haqqında” qanunu və taksi fəaliyyəti sahəsini tənzimləyən müvafiq normativ sənədlər üzrə məlumatlı olmaq (müsabiqə, reysqabağı texniki və tibbi müayinə, sərnişin və yük daşınması qaydaları və s.);
– Sərnişindaşıma üzrə normativ tələblər barədə biliklər;
– Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi barədə biliklər;
– İnandırıcı ünsiyyət qurmaq və arqumentləri əsaslandırmaq bacarığı;
– Çətin situasiyalarda konstruktiv yanaşma;
– Problem həll etmə və qərarvermədə çeviklik;
– Stressə davamlılıq və emosional sabitlik;
– Prioritetləşdirmə və detallara diqqət;
– Analitik düşünmə və innovativlik
– Komanda ilə işləmək bacarığı.
İş yeri: Naxçıvan şəhəri.