İşin təsviri
Əsas öhdəliklər:
- Nəqliyyat infrastrukturu və yol hərəkətinin təşkili üzrə layihələrin hazırlanmasına rəhbərlik etmək və prosesə nəzarət etmək.
- Dayanacaq məntəqələri, texniki nizamlama vasitələri, yol nişanları və nişanlama xətlərinin xəritə bazasında işlənməsini təmin etmək.
- CİS xəritə bazasının yenilənməsi və ərazi syomkalarının hazırlanmasına nəzarət etmək.
- Tıxacların səbəblərinin dərindən təhlili və strateji həll təklifləri hazırlamaq.
- Yüksək səviyyəli analitik hesabatlar, təqdimatlar və təklif paketləri hazırlamaq.
- Yerüstü nəqliyyatın hərəkəti ilə bağlı normativ tələblərə uyğun təkliflər vermək.
- Müraciətlərin təhlili, layihələrin icra vəziyyətinə nəzarət və rəhbərliyə mütəmadi məlumat təqdim etmək.
- Departamentin iş planı çərçivəsində icranın koordinasiyası və vaxtında tamamlanmasının təmin edilməsi.
Tələblər
Tələblər və bacarıqlar
- Ali təhsil (nəqliyyat və ya xəritəçəkmə sahəsində).
- Sahə üzrə minimum 3 il iş təcrübəsi.
- MS Office, Autocad, Google Earth Pro və xəritə sistemləri üzrə yüksək səviyyədə bilik.
- Azərbaycan dili sərbəst, ingilis dili – orta səviyyədə.
- Qanunvericilik, texniki standartlar, şəhərsalma normaları və agentliyin nizamnaməsi üzrə dərin bilik.
- Strateji düşüncə və kompleks analiz aparmaq bacarığı.
- Danışıqlar aparmaq və inandırıcı kommunikasiya qurmaq bacarığı.
- Komandaya rəhbərlik etmək, motivasiya etmək və koordinasiya bacarığı.
- Stressə davamlılıq və çətin situasiyalarda konstruktiv yanaşma.
- Eyni anda bir neçə iş üzrə işləmək və prioritetləri düzgün müəyyən etmək.
- Auditoriya qarşısında çıxış və peşəkar təqdimat etmək bacarığı.
- Dəqiqlik, obyektivlik və detallara yüksək diqqət.
- İş yeri və müsahibənin təşkil ediləcəyi yer: Naxçıvan şəhəri.