İşin təsviri
Əsas öhdəliklər:
- Agentliyə daxil olmuş müraciət və sorğulara qanunvericiliyə uyğun olaraq baxmaq və əsaslandırılmış cavablar hazırlamaq.
- Müntəzəm sərnişindaşıma marşrutlarının sxemlərinin müəyyən edilməsində iştirak etmək.
- Yol hərəkətinin təşkili və nəqliyyat üzrə araşdırmalar üçün ilkin məlumatların toplanmasını təmin etmək.
- Daxil olan müraciətlərə cavab hazırlamaq üçün zəruri sahə araşdırmalarında iştirak etmək.
- Hesabatların (aylıq, rüblük, illik) hazırlanmasında iştirak etmək.
- Bölmə rəhbərliyinin tapşırıqlarını və iş planında nəzərdə tutulmuş tədbirləri vaxtında icra etmək.
- İş prosesində təhlükəsizlik qaydalarına və məxfilitin qorunması qaydalarına riayət etmək.
Tələblər
Tələblər və bacarıqlar
- Ali təhsil (nəqliyyat sahəsində).
- MS Office, Autocad və Google Earth Pro üzrə ilkin biliklər.
- Sahə üzrə 1 ilədək iş təcrübəsi arzuolunandır.
- Azərbaycan dili sərbəst, ingilis dili arzuolunandır.
- “Nəqliyyat haqqında”, “Yol hərəkəti haqqında”, “Vətəndaşların müraciətləri haqqında” qanunlar üzrə baza biliklər.
- Analitik düşüncə və məlumatla işləmə bacarığı.
- Tapşırıqları vaxtında icra etmək və məsuliyyətlilik.
- Problem həll etmək və gərgin iş şəraitində çalışmaq bacarığı.
- Ünsiyyət, dinləmə və komanda ilə işləmək bacarığı.
- Təşəbbüskarlıq və yaradıcılıq.
- Danışıqlar aparmaq bacarığı və pozitiv komanda ruhu yaratmaq.
- İş yeri və müsahibənin təşkil ediləcəyi yer: Naxçıvan şəhəri.