Aparıcı inspektor (Naxçıvan regional idarəsi)

İşin təsviri

Əsas öhdəliklər:

· Sərnişin və yük daşımalarının qanunvericiliyə, beynəlxalq tələblərə və təhlükəsizlik qaydalarına uyğun həyata keçirilməsinə nəzarət etmək;

· “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” olmadan daşımaların aparılmasının qarşısını almaq və daşıyıcılar arasında maarifləndirmə aparmaq;

· Şəhərlərarası və rayonlararası sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə əməl etməsinə nəzarət etmək;

· Mövcud tariflərə uyğun gediş haqlarının tətbiqinə nəzarət etmək;

· Regional idarənin əhatə etdiyi ərazidə avtovağzal və avtostansiyaların fəaliyyətinin normativ tələblərə uyğun təşkilinə nəzarət etmək;

· Qanunvericiliklə müəyyən edilmiş qaydalar əleyhinə inzibati xətaların aşkarlanması və qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görülməsində iştirak etmək;

· Xidməti göstərişlərin icrası zamanı digər əməkdaşlara dəstək göstərmək və fəaliyyət planında nəzərdə tutulmuş tədbirlərin tam və vaxtında icrasını təmin etmək;

· Peşə biliklərini inkişaf etdirmək və iş prosesində qabaqcıl metodlardan istifadə etmək.

Görülmüş işlərlə bağlı hesabatların hazırlanmasını təmin etmək;

Tələblər

Tələblər və bacarıqlar:

· Nəqliyyat sahəsi üzrə ali təhsil;

· Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;

· Azərbaycan dilini sərbəst bilmək;

· MS Office proqramlarında sərbəst işləmə bacarığı;

· “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu;

· Azərbaycan Respublikasının avtomobil nəqliyyatı sahəsi üzrə qanunvericiliyi və normativ aktları;

· Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi üzrə biliklər;

· Avtomobil nəqliyyatı və logistika sahəsində peşəkar bilik və təcrübənin olması;

· Tapşırıqları vaxtında və dəqiqliklə icra etmək;

· Problem həll etmə və qərarvermə bacarığı;

· Kollektivdə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;

· Prioritetləri düzgün müəyyən etmək və eyni anda bir neçə iş üzrə çalışmaq;

· İdarəetmə bacarıqları;

· Normativ aktlarla bağlı dəyişiklikləri daim izləmək və tətbiq etmək bacarığı;

· Yüksək səviyyədə inandırıcı kommunikasiya və əsaslandırılmış qərarvermə;

· Konfliktlərin idarə edilməsi və çətin vəziyyətlərdə konstruktiv yanaşma;

· Bir neçə işi paralel idarə etmək və prioritetləri düzgün bölüşdürmək;

· Müzakirə aparmaq və razılaşdırma bacarığı;

· Mentorluq və əməkdaşların inkişafına dəstək olmaq;

· İş yeri və müsahibənin təşkil ediləcəyi yer: Naxçıvan şəhəri.