Beynəlxalq əməkdaşlıq üzrə mütəxəssis

İşin təsviri

  • Xarici ölkələrdə beynəlxalq yük daşımaları sahəsində tətbiq olunan qanunvericilik və tənzimləyici tələblərin araşdırılması, yeni qayda və dəyişikliklərin mütəmadi izlənilməsi.
  • Azərbaycan beynəlxalq yük və sərnişin daşıyıcılarının ölkə daxilində və xaricdə üzləşdiyi çətinliklərin həlli istiqamətində işlərin görülməsi və aidiyyəti üzrə əlaqələndirilməsi.
  • Şöbəyə daxil olan məktub və müraciətlərə qanunvericiliyə uyğun olaraq müəyyən olunmuş qaydada və müddətdə baxılmasının təmin edilməsi, cavabların hazırlanmasında iştirak etmək.
  • Şöbənin iş planı və görülmüş işlər barədə dövri hesabatların hazırlanmasında iştirak etmək.
  • Şöbənin bütün istiqamətlər üzrə fəaliyyətlərində iştirak etmək.

Tələblər

  • Ali təhsil (Beynəlxalq əlaqələr, logistika və ya oxşar sahələr üzrə);
  • Logistika, nəqliyyat və ya əlaqəli sahələrdə minimum 2 il iş təcrübəsi;
  • Dil bilikləri:
  • Səlis Azərbaycan dili;
  • Rus dili — C2 səviyyəsində;
  • İngilis dili — minimum B2 səviyyəsində;
  • MS Office (Excel, Word, PowerPoint) peşəkar səviyyədə işləmək;
  • “Nəqliyyat haqqında”, “Avtomobil nəqliyyatı haqqında”, “Yol hərəkəti haqqında”, “Lisenziyalar və İcazələr haqqında”, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunları üzrə biliklər;
  • Effektiv yazılı və şifahi ünsiyyət, yerli və beynəlxalq tərəfdaşlarla əlaqə qurma bacarığı.