İşin təsviri
- Çağrı mərkəzinə daxil olan telefon zənglərini qaydalara uyğun cavablandırmaq;
- Vətəndaşların müraciətlərini qeydiyyata almaq, sorğuları cavablandırmaq;
- İcraya alınan şikayətlər üçün müraciət vərəqələrini tərtib etmək;
- Zəruri hallarda sorğuları müvafiq struktur bölmələrə yönləndirmək;
- Zənglərə cavab verərkən mehriban, peşəkar və etik olmaq, eləcə də təmin olunmuş qaydalara və təlimatlara uyğun şəkildə xidmət aparmaq;
Tələblər
- Ali təhsil;
- Azərbaycan dilində səlis, mükəmməl danışıq qabiliyyəti;
- Orta səviyyədə rus dili biliyi;
- İş təcrübəsi: 1 il
- Dinləmə, inandırma bacarıqları;
- Gərgin iş rejimində işləmə bacarığı;
- Düzgün diksiya;
- İşində diqqətli, məsuliyyətli, kollektivlə işləmək bacarığı;
- Kompüter bilikləri: MS Office proqramları.