İşin təsviri
- Departament direktorunun tapşırıqlarının vaxtında, dəqiq və yüksək peşəkarlıqla icrasını təmin etmək;
- Departamentin iş planına uyğun olaraq nəzərdə tutulmuş tədbirlərin vaxtında, keyfiyyətlə və tam həyata keçirilməsinə dair təkliflər vermək, tapşırıqların icrasını təşkil etmək və nəzarətdə saxlamaq;
- Agentliyin struktur bölmələri tərəfindən hazırlanmış hüquqi aktların layihələrinin hüquqi ekspertizasını həyata keçirmək;
- Agentliyin hüquqi təminatının formalaşdırılmasında iştirak etmək, fəaliyyət zamanı istifadə olunan hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflər və hüquqi akt layihələri hazırlamaq;
- Struktur bölmələr tərəfindən hazırlanmış hüquqi sənədlərin qanunvericiliyə uyğunluğuna dair hüquqi rəylər hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Qüvvədə olan hüquqi aktların yeni qəbul edilmiş qanunvericilik aktlarına uyğunlaşdırılması üzrə təkliflər hazırlamaq;
- Məhkəmə proseslərində Agentliyin nümayəndəsi kimi iştirak etmək, əməkdaşların məhkəmə proseslərində iştirakına nəzarət etmək, Agentliyin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək;
- Məhkəmə işləri üzrə prosessual sənədlərin (iddia ərizələri, etirazlar, apellyasiya, kassasiya və əlavə kassasiya şikayətləri və s.) hazırlanmasını və koordinasiyasını təşkil etmək;
- Məhkəmə proseslərinə hazırlıq və baxılması zamanı qanunvericiliyin və daxili qaydaların pozulması halları aşkar edildikdə bu barədə Departament direktoruna məruzə etmək.
Tələblər
- Hüquq sahəsində ali təhsil (magistr dərəcəsinin olması arzuolunandır);
- Normativ hüquqi aktların hazırlanması və məhkəmə fəaliyyəti sahəsində ümumilikdə ən azı 5 il iş təcrübəsinin olması, həmin təcrübənin ən azı 2 ilinin rəhbər vəzifədə olmaqla əldə edilməsi;
- Dövlət qurumlarında və ya publik hüquqi şəxslərdə ən azı 3 il əmək təcrübəsinin olması;
- Azərbaycan Respublikasının qanunvericiliyini, o cümlədən inzibati, mülki, əmək və prosessual qanunvericiliyi yüksək səviyyədə bilməsi;
- Normativ hüquqi aktların, hüquqi rəylərin, müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması və hüquqi ekspertizasının aparılması sahəsində praktiki bacarıqların olması;
- Məhkəmə proseslərində (birinci instansiya, apellyasiya və kassasiya instansiyaları) Agentliyin və ya qurumun nümayəndəsi qismində iştirak təcrübəsinin olması;
- İngilis dili biliyinin advanced səviyyədə olması (hüquqi terminologiya üzrə sərbəst işləmə bacarığı);
- Analitik düşünmə, hüquqi riskləri müəyyən etmə və əsaslandırılmış qərarvermə bacarığı;
- Yüksək səviyyədə yazılı və şifahi kommunikasiya bacarıqları, komandada effektiv işləmək və iş prosesini koordinasiya etmək qabiliyyəti;
- Rəhbərlik və təşkilatçılıq bacarıqları, tapşırıqların icrasına nəzarət və məsuliyyətli yanaşma;
- MS Office proqramları ilə yüksək səviyyədə işləmək bacarığı;