İşin təsviri
Təsvir
- Daxil olan müraciət və sorğuları qanunvericiliyə uyğun (müddət və qaydalar daxilində) cavablandırmaq, təhlil etmək və həlli üçün təkliflər hazırlamaq.
- Mövcud marşrutların işini təhlil etmək, marşrut şəbəkəsinin optimallaşdırılması üzrə təkliflər vermək və yeni marşrutların təşkili ilə bağlı işləri icra etmək.
- Sərnişin tələbatını və axınını öyrənmək üçün monitorinqlər keçirmək, dayanacaq məntəqələrinin yerlərinin müəyyənləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq.
- İctimai nəqliyyatda xidmətin təşkilinə, daşıyıcıların fəaliyyətinə, gediş tariflərinin tətbiqinə və müqavilə öhdəliklərinin icrasına nəzarət etmək.
- Hərəkət sxemləri və hərəkət cədvəllərinin hazırlanmasında iştirak etmək.
- Onlayn bilet satışı sisteminin təşkili, sifarişli daşımalara icazə verilməsi və müqavilələrin bağlanılması proseslərində iştirak etmək.
- İctimai nəqliyyatda yeni tarif yanaşmaları və innovativ həllərin tətbiqi üzrə təhlillər aparmaq.
- Şöbənin fəaliyyəti ilə bağlı aylıq, rüblük və illik hesabatları hazırlamaq.
Tələblər
- Ali təhsil.
- Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi.
- İngilis və rus dilləri (başlanğıc səviyyədə).
- MS Windows və MS Office proqramlarını yüksək səviyyədə bilmək.
- İctimai nəqliyyat sahəsini tənzimləyən norm