İnspektor (Naxçıvan regional idarəsi)

İşin təsviri

Əsas öhdəliklər:

· Sərnişin və yük daşımalarının qanunvericiliyə və beynəlxalq tələblərə uyğun həyata keçirilməsinə nəzarət etmək;

· “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” olmadan daşımaların həyata keçirilməsinin qarşısını almaq;

· Daşıyıcılara normativ hüquqi tələblər üzrə maarifləndirmə dəstəyi göstərmək;

· Sürücülərin iş və istirahət rejiminə əməl etməsinə nəzarət etmək;

· Mövcud tariflərə uyğun gediş haqlarının tətbiqinə nəzarət etmək;

· İnzibati xətaların aşkar olunmasında və müvafiq tədbirlərin görülməsində iştirak etmək.

· Reyd planlarının hazırlanmasına iştirak etmək və icrasını təmin etmək;

· Aşkarlanmış inzibati pozuntularla bağlı hesabatların hazırlanmasında iştirak etmək;

· Müraciətləri araşdırmaq və nəticəyə dair əsaslandırılmış rəy və təkliflər hazırlamaq.

Tələblər

Tələblər və bacarıqlar:

· Nəqliyyat sahəsi üzrə ali təhsil;

· Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;

· Azərbaycan dilini sərbəst səviyyədə bilmək;

· MS Office proqramlarında işləmə bacarığı ;

· “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu;

· Azərbaycan Respublikasının avtomobil nəqliyyatı sahəsi üzrə qanunvericiliyini və normativ aktları;

· Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi barədə biliklər;

· Avtomobil nəqliyyatı və logistika sahəsində bilik və bacarıqların olması üstünlükdür.

· İnandırıcı ünsiyyət qurmaq və arqumentləri əsaslandırmaq bacarığı;

· Çətin situasiyalarda konstruktiv yanaşma;

· Problem həll etmə və qərarvermədə çeviklik;

· Stressə davamlılıq və emosional sabitlik;

· Prioritetləşdirmə və detallara diqqət;

· Analitik düşünmə və məlumatı dəqiq təhlil etmə;

· Komanda ilə işləmək bacarığı.

· İş yeri Naxçıvan şəhəri.