İşin təsviri
Vəzifə təsviri
- İşə qəbul proseslərini mövcud qanunvericiliyə və şirkətin daxili prosedurlarına uyğun şəkildə həyata keçirmək
- ATS (Glorri) platformasında vakansiyaların yerləşdirilməsi və idarə olunmasını təmin etmək
- Vakansiya tələblərinə uyğun namizədlərin CV-lərini ilkin mərhələdə qiymətləndirmək
- İlkin müsahibələrin və işə qəbul imtahanlarının təşkili və keçirilməsində iştirak etmək
- Kritik vəzifələr üzrə namizəd bazasının formalaşdırılması və mütəmadi yenilənməsini təmin etmək
- Yeni işə qəbul olunan əməkdaşlar üçün adaptasiya və SƏTƏM təlimlərinin planlaşdırılmasına dəstək göstərmək
- Əmək yarmarkalarında və digər İşəgötürən brendinin inkişafı tədbirlərində iştirak etmək
- İşə qəbul prosesinə dair hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
Tələblər
Tələblər
- İnsan resursları, idarəetmə, psixologiya və ya əlaqədar sahə üzrə ali təhsil
- İşə qəbul sahəsində ən az 2 il iş təcrübəsi
- ATS sistemləri ilə işləmə təcrübəsi
- MS Office proqramları ilə işləmə bacarığı
- Dil bilikləri: Azərbaycan dili – mükəmməl, Rus dili – yaxşı (İngilis dili üstünlükdür)
- HR sahəsi üzrə beynəlxalq sertifikatların (SHRM-CP/SCP, PHR, SPHR və s.) olması üstünlükdür
- Güclü kommunikasiya və təqdimat bacarıqları
- Analitik düşünmə və problem həll etmə bacarığı
- Komanda ilə effektiv əməkdaşlıq və təşəbbüskarlıq