İstedadların cəlb edilməsi üzrə qrup rəhbəri.

İşin təsviri

Vəzifə təsviri

· İstedadların cəlb edilməsi strategiyasını hazırlamaq və icrasına nəzarət etmək

· İşə qəbul komandasının fəaliyyətini planlaşdırmaq, iş bölgüsünü təşkil etmək və nəticələri izləmək

· Struktur bölmələrlə əməkdaşlıq edərək işçi ehtiyaclarının düzgün müəyyənləşdirilməsini təmin etmək

· Vakansiya tələblərinin əsaslandırılmasını yoxlamaq və zərurət olduqda struktur bölmə rəhbərləri ilə birgə təhlil aparmaq

· Çətin və kritik vakansiyalar üzrə birbaşa axtarış aparmaq

· İşə qəbul kanallarını idarə etmək və alternativ namizəd mənbələri formalaşdırmaq

· İşə qəbul prosesinin bütün mərhələlərinə (elan, seçim, müsahibə, təklif, yerləşdirmə) nəzarət etmək

· Xarici bazardan namizədlərin axtarışı və cəlb olunmasını təşkil etmək

· İşə qəbul üzrə KPI-ların monitorinqi və təhlilini aparmaq

· İşəgötürən brendinin inkişafı təşəbbüslərinə rəhbərlik etmək

· Universitetlər və tərəfdaş qurumlarla əməkdaşlıq əlaqələrini inkişaf etdirməkə

· Rəhbərliyə aylıq və rüblük hesabatlar təqdim etmək

Tələblər

Tələblər

· İnsan resursları, idarəetmə, psixologiya və ya əlaqədar sahə üzrə ali təhsil

· Ən azı 5 il iş təcrübəsi (onun ən azı 3 ili İR sahəsində)

· ATS sistemləri ilə işləmə təcrübəsi

· MS Office proqramlarında sərbəst işləmə bacarığı

· Dil bilikləri: Azərbaycan və Rus dili – mükəmməl (İngilis dili üstünlükdür)

· İR üzrə beynəlxalq sertifikatların olması üstünlükdür

· Güclü liderlik və komanda idarəetmə bacarıqları

· Analitik və strateji düşünmə qabiliyyəti

· Qərarvermə və problem həll etmə bacarığı

· Təşkilatçılıq və nəticəyönümlülük