Kiçik inspektor (Naxçıvan regional idarəsi)

İşin təsviri

Əsas öhdəliklər:

· Sərnişin və yük daşımalarının qanunvericiliyə və beynəlxalq tələblərə uyğun həyata keçirilməsinə nəzarət etmək;

· “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” olmadan daşımaların həyata keçirilməsinin qarşısını almaq;

· Daşıyıcılara normativ hüquqi tələblər üzrə maarifləndirmə dəstəyi göstərmək;

· Sürücülərin iş və istirahət rejiminə əməl etməsinə nəzarət etmək;

· Nəqliyyat vasitələrinin texniki vəziyyəti ilə bağlı ilkin vizual yoxlama aparmaq;

· mövcud tariflərə uyğun gediş haqqı qiymətlərinin tətbiqinə nəzarət etmək;

· İnzibati xətaların aşkar olunmasında və müvafiq tədbirlərin görülməsinə iştirak etmək;

· Aşkarlanmış pozuntular barədə ilkin məlumatların vaxtında sistemə daxil edilməsinə dəstək göstərmək;

· Daşıyıcılardan daxil olan sual və müraciətlərin ilkin qeydiyyatını aparmaq;

Tələblər

Tələblər və bacarıqlar:

· Orta ixtisas təhsili(nəqliyyat üzrə). Ali təhsil olması üstünlükdür;

· Müvafiq sahədə iş təcrübəsinin olması üstünlükdür;

· Azərbaycan dili – sərbəst səviyyədə bilmək;

· MS Office proqramları barədə ilkin biliklər;

· Azərbaycan Respublikasının avtomobil nəqliyyatı sahəsi üzrə qanunvericiliyini və normativ aktları bilmək;

· Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi barədə biliklər;

· Aydın və nəzakətli ünsiyyət qurmaq bacarığı;

· Dəqiq dinləmə və məlumatı düzgün anlama bacarığı;

· Tapşırıqları vaxtında və dəqiq icra etmək;

· Yeni bilikləri tez mənimsəmə və adaptasiya olma qabiliyyəti;

· Komanda ilə əməkdaşlıq etmək bacarığı;

· Məsuliyyətlilik və nizam-intizam.

· İş yeri və müsahibənin təşkil ediləcəyi yer: Naxçıvan şəhəri.