İşin təsviri
- Agentliyə və aidiyyəti üzrə daxil olan müraciət və sorğuların təhlilində iştirak etmək, onları xidmət proseslərinin tələblərinə çevirmək və əsaslandırılmış cavabların hazırlanması üçün şöbə müdirinə təkliflər vermək;
- Jira və digər sorğu sistemlərində müraciətlərin qeydiyyatını, yönləndirilməsini, prioritetləşdirilməsini təmin etmək, icra müddətlərinə nəzarət etmək və istifadəçilərə cavabların vaxtında çatdırılmasına dəstək göstərmək;
- Layihələrin ideyadan tətbiqə qədər bütün mərhələlərinin planlaşdırılması, icrası və monitorinqində iştirak etmək, layihə qrafiklərinə, resurs bölgüsünə və büdcəyə nəzarət etmək;
- Xidmət və biznes proseslərinin təhlilini aparmaq, optimallaşdırma imkanlarını müəyyənləşdirmək və müvafiq texniki tapşırıqlar (fəaliyyət tələbləri, sistem tələbləri, istifadəçi hekayələri və s.) hazırlamaq;
- Proqram təminatlarının inkişaf strategiyaları və yol xəritələrinin formalaşdırılmasına dəstək göstərmək, istifadəçi ehtiyacları və istismar tələbləri əsasında prioritetləri müəyyənləşdirmək;
- Çevik layihə idarəetmə metodologiyalarına (Agile/Scrum, Kanban) uyğun olaraq tapşırıqların və gözləmədə olan işlərin idarə edilməsində, komanda fəaliyyətlərinin koordinasiyasında iştirak etmək;
- Maraqlı tərəflərlə mütəmadi görüşlər təşkil etmək, müzakirə nəticələrini sənədləşdirmək və qəbul edilmiş qərarların icrasına dəstək göstərmək;
- Layihə və proses risklərini, potensial problemləri vaxtında müəyyənləşdirərək rəhbərliyə məlumat vermək və həll üzrə təkliflər hazırlamaq;
- Keyfiyyət təminatı və test mərhələlərində iştirak etmək, qəbul meyarlarına uyğunluğu yoxlamaqda və istismara qəbul prosesində rəy vermək;
- Hazırlanmış həllərin tətbiq planının icrasında iştirak etmək, tətbiq mərhələlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə texniki dəstək göstərmək;
- İstifadəçi rəylərini toplamaq və təhlil etmək, proqram təminatlarının davamlı inkişafı və texniki dəstək xidmətlərinin keyfiyyətinin artırılması üçün təkliflər hazırlamaq;
- Nasazlıqların ilkin təhlilində iştirak etmək, problemlərin operativ aradan qaldırılmasına və təkrar problemlərin qarşısının alınmasına dəstək göstərmək;
- Rəqib analizləri və istismar araşdırmaları aparmaq, beynəlxalq təcrübəni öyrənmək və müvafiq tətbiqlər üzrə rəhbərliyə təkliflər təqdim etmək;
- Layihə sənədlərinin və hesabatların hazırlanmasını, yenilənməsini və vaxtında təqdim olunmasını təmin etmək;
- Birbaşa rəhbərin tapşırıqlarını vaxtında, dəqiq və məsuliyyətlə icra etmək.
Tələblər
- Ali təhsil (İnformasiya texnologiyaları, Kompüter elmləri, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə);
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Dil bilikləri : İngilis dili və rus dili biliyi üstünlükdür;
- Kompüter bilikləri: Jira, Confluence və ya digər Agile mühit alətləri, MS Office, Visio, baza səviyyədə SQL bilikləri, Balsamiq və ya digər dizayn/qaralama alətləri;
- Layihə idarəetmə metodologiyaları (Agile, Scrum, Kanban, Waterfall);
- Xidmət proseslərinin analizi yanaşmaları və sənədləşdirmə (fəaliyyət tələblər sənədi, sistem tələblərinin spesifikasiyası, istifadəçi hekayələri, istifadəçi ssenariləri);
- Proqram təminatlarının idarə olunması, yol xəritəsinin hazırlanması və istismara çıxarılması prinsipləri;
- Risklərin idarə olunması, keyfiyyət təminatı və test prinsipləri;
- İstismar araşdırmaları, rəqib analizləri və istifadəçi təcrübəsinin qiymətləndirilməsi;
- İT layihələrində informasiya təhlükəsizliyi və hüquqi-normativ uyğunluq prinsipləri;
- Analitik düşüncə, planlama, çoxsaylı tapşırıqla paralel işləmə və təşkilatçılıq qabiliyyəti;
- Effektik ünsiyyət, təqdimat, komanda və digər maraqlı tərəflərlə effektiv çalışma bacarığı;
- Çeviklik, adaptivlik və yaradıcı yanaşma;
- Detallara həssas olmaq və problem həll etmə bacarığı;
- SQL və data analiz bacarıqları, BI hesabatların hazırlanması;
- UI/UX dizayn prinsipləri və istifadəçi təcrübəsinin optimallaşdırılması barədə anlayış;
- Rəqəmsal proqram təminatlarının idarəçiliyi və startap ekosistemi üzrə təcrübə;
- Proqram təminatının hazırlanması prosesləri (Proqram təminatının İnkişaf Dövrü) haqqında biliklər.