İşin təsviri
- Nəqliyyat izləmə sistemlərindən toplanan gündəlik məlumatları analiz edərək sərnişin axınını təhlil etmək, marşrut performansını qiymətləndirmək, avtobusların doluluq səviyyəsini yoxlamaq, sərnişinlərdən daxil olan şikayətləri cavablandırmaq və avtobusların gecikmə (interval) hesabatlarını hazırlamaq.
- Mövcud ictimai nəqliyyat şəbəkəsinin optimallaşdırılması üçün analitik həllər təklif etmək.
- Əldə olunan datalar əsasında marşrutların effektivlik göstəricilərini yoxlamaq və sərnişindaşımada keyfiyətin artırılması istiqamətində həllər təklif etmək.
- KPI-ları, əməliyyat göstəricilərini və tendensiyaları təhlil edərək hesabatlar hazırlamaq.
Tələblər
- Kompüter elmləri, İnformasiya texnologiyaları, Nəqliyyat, Logistika, Statistika və ya müvafiq sahədə bakalavr dərəcəsi;
- Analitika sahəsində ən azı 2–3 il iş təcrübəsi (nəqliyyat sektorunda təcrübəyə üstünlük verilir);
- GPS sistemlərindən əldə olunan məkan və zaman məlumatlarının emalı və təhlili;
- Nəzarət və idarəetmə mərkəzlərində məlumat axınının monitorinqi və böyük həcmli məlumatların analitikası;
- Power BI və ya Tableau vasitəsilə interaktiv dashboard və analitik hesabatların hazırlanması;
- Python proqramlaşdırma dilində məlumatların təmizlənməsi və transformasiyası (arzuolunandır);
- SQL ilə məlumat bazalarından məlumatların əldə edilməsi və emalı (arzuolunandır);
- “Yol hərəkəti haqqında” və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanunları üzrə biliklər;
- Məlumatların keyfiyyətinin yoxlanılması və uyğunsuzluqların aşkarlanması;
- KPI-ların, əməliyyat göstəricilərinin və tendensiyaların təhlili;
- Analitik nəticələri hesabat və təqdimat formasında aydın ifadə etmək bacarığı;
- Analitik düşüncə, problem həll etmə və operativ qərarvermə bacarığı.