İşin təsviri
Vəzifə təsviri
- Performansın idarə edilməsi prosesinin mərhələlərinin, son tarixlərinin, siyasət və prosedurlarının təşkilat daxilində kommunikasiyasını təmin etmək
- Struktur bölmələr üzrə əsas fəaliyyət göstəricilərinin (KPI) hazırlanması və razılaşdırılması prosesində iştirak etmək
- KPI-lərin təşkilatın strateji məqsədləri ilə uyğunlaşdırılmasını təmin etmək
- Hədəflərin ölçülə bilən və real olmasına nəzarət etmək
- Performans nəticələrinin təhlili və konsolidasiyasını həyata keçirmək və rəhbərliyə strukturlaşdırılmış şəkildə təqdim etmək
- Performans nəticələrinə əsaslanaraq təlim və inkişaf ehtiyaclarını müəyyən etmək
- Davamçıların müəyyənləşdirilməsi və inkişaf proqramlarının planlaşdırılmasına dəstək göstərmək
- Qiymətləndirmə formalarının, metodoloji sənədlərin və təlimatların hazırlanmasında iştirak etmək
- Performans idarəetməsi üzrə beynəlxalq təcrübə və müasir tendensiyaları izləmək və tətbiq etmək
- Yeni işçilər üçün sınaq müddəti hədəflərinin müəyyənləşdirilməsi prosesini idarə etmək
- İR analitika alətlərindən istifadə edərək performans göstəricilərini monitorinq etmək
- Həftəlik, aylıq və rüblük hesabatlar hazırlamaq və təqdim etmək
Tələblər
Tələblər
- İnsan resursları, biznesin idarə edilməsi və ya əlaqədar sahə üzrə ali təhsil
- İR sahəsində ən azı 3–4 il iş təcrübəsi
- Performans idarəetmə sistemləri və metodologiyaları üzrə bilik
- KPI və performans göstəricilərinin hazırlanması üzrə təcrübə
- İR analitika və məlumatların təhlili bacarığı
- Strateji planlaşdırma və nəticələrin qiymətləndirilməsi bacarığı
- MS Excel, PowerPoint və digər ofis proqramları ilə yüksək səviyyədə işləmə bacarığı
- HRIS və digər HR sistemləri ilə işləmə təcrübəsi
- Əmək qanunvericiliyi üzrə baza bilikləri