İşin təsviri
Təsvir
- Təlim-tədris prosesinin təşkili üzrə inzibati və təşkilati işləri həyata keçirmək;
- Təlimlərlə bağlı elanları hazırlamaq, məlumatlandırmanı təmin etmək və telefon danışıqlarını aparmaq;
- Layihələr çərçivəsində onlayn və əyani görüşləri təşkil etmək;
- Layihələr çərçivəsində daxil olan sənədlərin toplanması, çeşidlənməsi, sistemləşdirilməsi və arxivləşdirilməsini təmin etmək;
- Şöbənin kargüzarlıq və daxili sənəd dövriyyəsi işlərini aparmaq;
- Şöbəyə baxılmaq üçün göndərilən sənədlərə dair rəy və təkliflər hazırlamaq;
- Şöbə müdirinin tapşırıqlarını və iş bölgüsünü vaxtında və keyfiyyətlə icra etmək;
- Vətəndaş müraciətlərini qəbul etmək, cavablandırmaq və aidiyyəti üzrə yönləndirmək;
- Agentliyə daxil olan müraciət və sorğulara “Vətəndaşların müraciətləri haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq müəyyən edilmiş qaydada və müddətdə baxmaq, əsaslandırılmış cavablar hazırlamaq;
- Aidiyyəti vətəndaşları və tərəfləri layihələr barədə operativ şəkildə məlumatlandırmaq.
Tələblər
- Ali təhsil;
- Müvafiq sahələr üzrə (kargüzarlıq, sənəd dövriyyəsi, təlim-tədris və ya layihələrin təşkili, vətəndaş müraciətləri ilə iş və s.) minimum 2 il iş təcrübəsi;
- MS Word və MS Excel proqramlarını mükəmməl səviyyədə bilmək;
- Elektron Sənəd Dövriyyəsi (ESD) sistemləri ilə işləmək bacarığı;
- Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
- “Vətəndaşların müraciətləri haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunları üzrə biliklər;
- Yüksək təşkilatçılıq, operativlik və komandada əməkdaşlıq etmək qabiliyyəti;