İşin təsviri
Əsas öhdəliklər:
- Yol infrastrukturu və ictimai nəqliyyat üzrə layihələrin hazırlanmasında iştirak etmək.
- Nəqliyyat infrastrukturu ilə bağlı təkliflər və eskiz layihələr hazırlamaq.
- Xüsusi hərəkət zolaqları, dayanacaq məntəqələri və digər nəqliyyat elementlərinin layihələndirilməsini həyata keçirmək.
- Tıxacların yaranma səbəblərini araşdırmaq, təhlil aparmaq və həll təklifləri işləmək.
- Yol nişanları və texniki vasitələrin monitorinqini aparmaq.
- Analitik arayışlar, təqdimatlar və hesabatlar hazırlamaq.
- Sahə araşdırmaları aparmaq və daxil olan müraciətlər üzrə texniki əsaslandırılmış cavablar hazırlamaq.
- Rəhbərin tapşırıqlarının və şöbənin iş planının vaxtında icrasını təmin etmək.
Tələblər
Tələblər və bacarıqlar
- Ali təhsil (nəqliyyat sahəsində).
- MS Office, Autocad, Google Earth Pro üzrə yaxşı səviyyədə biliklər.
- Sahə üzrə min. 1-2 il iş təcrübəsi.
- İngilis və ya rus dili – orta səviyyə.
- “Nəqliyyat haqqında”, “Yol hərəkəti haqqında”, “Vətəndaşların müraciətləri haqqında” qanunlar və texniki standartlar (GOST və s.) üzrə biliklər.
- Analitik düşüncə, problem həlli və tədqiqat aparmaq bacarığı.
- Yüksək şifahi və yazılı ünsiyyət qabiliyyəti.
- Komanda ilə işləmək və effektiv əməkdaşlıq qurmaq.
- Detallara diqqət, dəqiqlik və təşəbbüskarlıq.
- Stressə davamlılıq və dəyişikliklərə uyğunlaşma.
- Tapşırıqları prioritetləşdirmək və vaxtında icra etmək bacarığı.
- Təqdimat hazırlamaq və auditoriya qarşısında çıxış etmək bacarığı.
- İş yeri: Naxçıvan şəhəri.