İşin təsviri
- Layihə idarəetmə standartlarına (PMI – PMBOK) uyğun olaraq müəyyən edilmiş çərçivə (framework) daxilində layihə proseslərinin effektiv icrası, monitorinqi və təkmilləşdirilməsində iştirak etmək , bütün layihələr üzrə vahid tətbiqinə nəzarət edilməsi;
- Layihə sənədləri, şablonlar, prosedurlar və metodologiyaların hazırlanması və təkmilləşdirilməsi;
- Layihə komandalarına metodoloji dəstək göstərmək, mentorluq etmək və təlimlərin keçirilməsi;
- Öyrənilmiş dərslər (Lessons Learned) sessiyalarının təşkili və proseslərin təkmilləşdirilməsi;
- Layihə performansının, risklərin və uyğunluğun monitorinqi və rəhbərliyə hesabatların təqdim edilməsi;
- Rəhbərlik üçün aydın göstəricilər panelinin (dashboard), hesabatların və icraedici təqdimatların hazırlanması;
- Rəhbərlik və dövlət qurumları üçün qısa, dəqiq və nəticəyönümlü təqdimatların edilməsi;
- Struktur bölmələr və maraqlı tərəflər ilə sıx əməkdaşlıq edərək layihə məqsədlərinin təşkilati strategiya ilə uyğunluğunun təmin edilməsi;
- Çoxvendorlu layihələrin idarə olunması, beynəlxalq təchizatçılar, dövlət qurumları və daxili komandalar arasında asılılıqların koordinasiyası;
- Risk, dəyişiklik və problem idarəetmə proseslərinin tam nəzarətdə saxlanılması;
- Müqavilə şərtləri, satınalma mərhələləri və ödəniş proseslərinin izlənməsi;
- Agile, Waterfall və Hybrid metodologiyaların tətbiqi və uyğunlaşdırılması.
Tələblər
- Ali təhsil (Biznesin idarəedilməsi, Layihə idarəetməsi, Mühəndislik, İT və ya əlaqəli sahələr üzrə);
- PMP sertifikatı – mütləqdir;
- Agile sertifikatları (PMI-ACP, SAFe, Scrum Master) üstünlükdür;
- Minimum 4–5 il layihə idarəetmə və PMO təcrübəsi;
- Dövlət və ya korporativ mühitdə layihələrin idarə olunması üzrə təcrübə;
- Böyükhəcmli və çoxvendorlu layihələrdə praktiki təcrübə;
- Layihə komandasının idarə olunmasında güclü kommunikasiya bacarığı;
- Birdən çox müxtəlif maraqlı tərəflərlə paralel işləmək və effektiv koordinasiya aparmaq bacarığı;
- Risklərin, problemlərin (issues) və dəyişikliklərin (change) idarə olunması sahəsində praktiki təcrübə;
- Analitik düşünmə, düzgün qərarvermə və məsuliyyətli yanaşma;
- Yüksək səviyyəli yazılı və şifahi ünsiyyət bacarığı, təqdimat hazırlamaq qabiliyyəti;
- Layihə idarəetmə alətləri (MS Project, Jira, Primavera,Asana və s.) üzrə yüksək səviyyədə istifadə;
- Teams , Google Sheets, Smartsheet ve oxşar alətlərlə aktiv işləmə bacarığı;
- Azərbaycan və İngilis dili – yüksək səviyyədə , Türk və Rus dili üstünlükdür.