Çilingər (Klapanların dəyişdirilməsi ilə məşğul olan hərəkətli tərkibin təmiri üzrə)

İşin təsviri

  • Vaqonların daşınma üçün hazırlanması zamanı daşınacaq məhsulun bütövlüyünü təmin etmək məqsədilə müəyyən texniki baxışlar keçirmək;
  • Çənli vaqonların boşaltma cihazlarının-klapanlarının vaqona məhsulların doldurulması və boşaldılması zamanı tam saz vəziyyətdə olmasına nəzarət etmək;
  • Çən vaqonunun daxilinə enmə zamanı qoruyucu vasitələrdən istifadəni təmin etmək;
  • Maye məhsulların yüklənməsi zamanı boşaltma cihazı, çənin səthi, qaynaq birləşmələrindən yük axını olub-olmamasına əmin olmaq;
  • Dolum başa çatdıqdan və yük axının olmamasına əmin olduqdan sonra boşaltma cihazında qoruyucu klapanın bağlanmasını təmin etmək;
  • Çən vaqonlarında və daxili avadanlıqlarında yaranan nasazlıqları müəyyən etmək və aradan qaldırmaq;
  • Təmir edilmiş detalı sınaqdan keçirmək və vaqonu istismara tam hazır vəziyyətdə təhvil vermək.

Tələblər

  • Ümumi təhsil;
  • Növbəli iş qrafikində fəaliyyət;
  • Təmir, quraşdırma və montaj üsullarına dair praktiki biliklər;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə məlumatlılıq;
  • Məsuliyyətlilik, keyfiyyət yönümlülük, intizamlılıq.