Şəbəkə inzibatçısı/ Network Administrator

İşin təsviri

İdarə: Şəbəkə Texnologiyaları İdarəsi

İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.

Şəbəkə inzibatçısı olaraq Sizin vəzifə öhdəlikləriniz:

  • Şəbəkə avadanlıqlarının (BRAS/BNG, PE, Aggregation router, CGNAT və s.) gündəlik idarə olunması, sazlanması və stabil işləməsinin təmin edilməsi;
  • Abunəçi xidmətlərinin (internet, IPTV, VoIP və s.) davamlılığının dəstəklənməsi;
  • Şəbəkə insidentlərinin və nasazlıqların vaxtında aşkarlanması, ilkin diaqnostika və eskalasiyanın aparılması;
  • Planlı texniki xidmətlərin və avadanlıq yenilənmələrinin icrası;
  • Trafik balansı və şəbəkə yüklənməsinin monitorinqi, mütəmadi hesabatların hazırlanması;
  • Şəbəkə təhlükəsizlik həllərinin inkişafı və tətbiqi;
  • Service Desk, NOC və digər komandalar ilə əməkdaşlıq edərək daxil olan sorğulara cavab vermək və problemlərin operativ həlli;
  • Vəzifə öhdəliklərini və rəhbərlik tərəfindən verilən şifahi/yazılı tapşırıqları icra etmək;
  • Həvalə olunan tapşırıqları şirkətdaxili prosedur, siyasət və təlimatlara uyğun həyata keçirmək;
  • Şirkətə aid məlumatların məxfiliyini təmin etmək.

Vəzifənin tələbləri:

  • Ali təhsil;
  • Cisco XR, Huawei, Juniper, Nokia/Alcatel-Lucent;
  • BRAS/BNG, CGNAT;
  • BGP, IS-IS, OSPF;
  • MPLS – LDP, RSVP-TE, Traffic Engineering, Segment Routing, L2VPN, L3VPN, EVPN;
  • PPPoE, IPoE, RADIUS/AAA, Billing integration;
  • Multicast, IGMP, PIM-SM/SSM, IPTV, VoIP, OTT;
  • QoS və Traffic Engineering: trafik balansı, prioritetləşdirmə, yüksək yüklənməli interfeyslərin idarə olunması;
  • ACLs, uRPF, RTBH, FlowSpec, və DDoS qorunma prinsipləri haqqında məlumatlılıq;
  • NMS/OSS, SNMP, NetFlow/sFlow, monitorinq və avtomatlaşdırma;
  • Müvafiq sahədə 5 il iş təcrübəsi;
  • Microsoft Office bilikləri;
  • Rus dili, İngilis dili;
  • Analitik düşüncə;
  • Diqqətlilik və dəqiqlik;
  • Məsuliyyət və etibarlılıq;
  • Effektiv ünsiyyət və əməkdaşlıq;
  • Çeviklik və adaptasiya bacarığı;
  • Problem həll etmə yönümlülük.

Biz nə təklif edirik?

  • Rəqabətli kompensasiya;
  • Performans əsasında həvəsləndirici və bonuslar;
  • Əlavə imtiyazlar;
  • Performansa əsaslanan mədəniyyət;
  • Müxtəlif təhsil və inkişaf imkanları;
  • Karyera inkişaf imkanı;
  • Hibrid iş imkanı;
  • Ən dinamik şirkətdə işləmənin unikal təcrübəsi;
  • Innovativ məhsullar və rəqəmsallaşma;
  • Beynəlxalq təcrübə;
  • Yüksək bacarığa malik peşəkar komanda;
  • Kross-funksional əməkdaşlıq;
  • Təcrübə mübadiləsi.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Biz bərabərliyə hörmət edən, fərqlərə dəyər verən, inklüzivliyi qiymətləndirən və aidiyyatı dəyərləndirən iş yeri mədəniyyətini inkişaf etdirməyə sadiqik.