İşin təsviri
- Sahədəki Nəzarət ölçü cihazlarının sazlığını təmin etmək;
- Nəzarət ölçü cihazlarında texniki baxış işlərini müəyyən bir prosedura və spesifikasiyalara uyğun olaraq aparmaq;
- Sahədəki avadanlıqlara düzgün nəzarəti və qulluğu həyata keçirmək;
- Tələb olunan qaydada rutin təhlükəsizlik testlərini və sahə avadanlıqlarında yoxlamaları aparmaq;
- Nəzarət ölçü cihazlarını nizamlamaq, sınamaq, yeniləmək, quraşdırmaq, sazlamaq və təhvil vermək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək;
- Vaxtaşırı rəhbərliyə tapşırıqların icrasının gedişi haqqında məlumat vermək.
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Azərbaycan dili səlis, ingilis dili arzuolunandır;
- Microsoft Office proqramları üzrə işləmək bacarığı;
- Məsuliyyətlilik, Əməkdaşlıq, Çeviklik, Məqsədyönlülük, Operativlik.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Müvafiq sahə üzrə peşə təhsili;
- Müvafiq sahə üzrə 1 il iş təcrübəsi. (Biləvasitə NÖC,elektromexanika və istehsalat ilə əlaqəli sahələrdə işləməsi arzuolunandır)
Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi.
İş qrafiki: Növbəli iş rejimi.
Maraqlanan namizədlər Müraciət Et düyməsində göstərilən link üzərindən müraciət edə bilərlər.