İşin təsviri
Əsas vəzifə öhdəlikləri:
- Təşkilatın gələcək plan və məqsədlərinə, eyni zamanda əvvəlki dövrlərin məlumatlarına əsasən qısa, orta və uzunmüddətli proqnozların hazırlanması
- Cəmiyyətin büdcə planının hazırlanması və təsdiqlənməsini təmin etmək;
- Keçmiş maliyyə məlumatları, bazar tendensiyaları və gələcək biznes planları əsasında maliyyə proqnozlarını hazırlamaq
- Cəmiyyətin dövri büdcə hesabatlarının qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada hazırlanmasında iştirak
- Maliyyə modellərinin hazırlanması və mütəmadi olaraq yenilənməsi
- Plan/fakt analizlərin aparılması və fərqlərin araşdırılması
- Təsdiq edilmiş büdcəyə uyğunluğunu təmin etmək üçün xərclərin monitorinqi və nəzarəti
- Səmərəliliyin və dəqiqliyin artırılması üçün büdcələşdirmə proseslərinə və alətlərinə yeniliklərin təklif edilməsi
- Biznesin maliyyə və əməliyyat data bazasını dəvamcıl və daha sürətli etmək üçün müəyyən departamentlərlə birlikdə proseslərin idarə edilməsində iştirak etmək
- Rəhbərliyi və xarici qurumları məlumatlandırmaq məqsədilə maliyyə və əməliyyat göstəricilərin təhlilini özündə ehtiva edən təqdimatların hazırlanması.
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Azərbaycan dili səlis, ingilis dili yaxşı, rus dili isə arzuolunandır;
- Microsoft Office proqramlarında və Beynəlxalq Maliyyə Hesabatlılığı Standartları (İFRS) üzrə biliklər.
- ACCA (F2-F5; F3-F7) sertifikatları;
- Analitik təhlil, problem həlletmə və komanda ilə işləmək bacarığı, idarəetmə, əməkdaşlıq, təşəbbüskarlıq.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Maliyyə, İqtisadiyyat, Mühasibatlıq və ya müvafiq sahə üzrə Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 5 , idarəetmə təcrübəsi 3 il;
İş qrafiki:
- Əməkdaşın iş qrafiki həftə ərzində 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.