İşin təsviri

  • İş yeri: Daşkəsən rayonu
  • İş növü: Tam

Vakansiyaya dair tələblər:

  • CİL zavodu üzrə aparılan prosesləri ən effektiv şəkildə idarə etmək;
  • İstehsalatla bağlı maliyyə hesabatlarını hazırlamaq;
  • İstehsalatın optimallaşdırılması ilə bağlı metallurji testlərin aparılması üçün təkliflər vermək;
  • Proses daxilində optimizasiya proqramları hazırlamaq və bu proqramları idarə etmək;
  • Kimyəvi maddələrin istifadəsində optimal göstəriciləri təyin edərək maliyyə avantajı əldə etmək, nəzarətdə saxlamaq və müvafiq hesabatları hazırlamaq, həmçinin bütün kimyəvi maddələrin istifadəsinə dair təlim təqdimatlarını hazırlamaq və zəruri təlimləri keçmək;
  • Əməyin mühafizəsi çərçivəsində istehsalatın davamlılığını təmin etmək;
  • Əməliyyatın çatışmazlıqlarını və tələblərini analiz edərək əməliyyata istiqamət vermək;
  • Proses dəyişikliklərinə əsasən istehsalat meneceri ilə məsləhətləşməklə əməliyyat planını hazırlamaq;
  • İstehsalatın gedişi və ya istehsalata təsir edən hər bir parametr barədə nəzarətçilərdən məlumat toplayaraq, lazım olan tədbirlərin görülməsinə qərar vermək;
  • Karbon sıyırma və dəyirman dayanma planlamalarını təşkil etmək;
  • Proses təlimatlarının və prosedurların yaradılmasını, hər bir təlimatın öyrədilməsini və icrasını təmin etmək;
  • İcra etdiyi işlərin qanunvericiliyə və Cəmiyyətdaxili qayda, prosedur və təlimatlara uyğun olmasına;
  • “İşə icazə” vərəqələri ilə görülməsi nəzərdə tutulan işlərin düzgün yerinə yetirilməsinin təmin edilməsi;

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Məsuliyyət, Əməkdaşlıq, İnnovativlik-öz üzərində çalışma, Dürüstlük, Problem həlletmə bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (yaxşı),Rus dili (yaxşı)
  • Microsoft Office proqramlarında işləmək bacarığı;

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Ali təhsilin (kimya, kimya mühəndisliyi və metallurgiya ixtisaslarında bakalavr təhsilin) olması tələb olunur.
  • Müvafiq sahə üzrə təcrübə müddəti 5 il, Ümumi təcrübə müddəti 7 il, İdarəetmə təcrübəsi müddəti 4 il
  • Müvafiq sahə üzrə sertifikatın mövcudluğu arzuolunandır

İş qrafiki:

  • Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 08:00-dan 17:00-a qədərdir. Nahar vaxtı saat 12:00-dan 13:00 – dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:

  • Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
  • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
  • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
  • Nəqliyyat xidməti.
  • Rəqabətli mükafatlandırma sistemi.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.