Məhsul üzrə menecer (Product manager)

2 Sentyabr 2025
1200 - 2000

İşin təsviri

Vəzifə öhdəlikləri:

· Məhsulun satışının planlaşdırılması – bazara çıxarılması, mövqeləndirilməsi və inkişafı daxil olmaqla məhsulun həyat dövrünün idarə olunması;

· Cari bazar tendensiyalarının təhlil edilməsi, müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və strateji tərəfdaşlıqların təşviq edilməsi;

· Bazar araşdırmasının aparılması, yeni marketinq üsullarının tətbiq edilməsi, müxtəlif aksiyaların hazırlanıb reallaşdırılması;

· Satış strategiyasını nəzərə alaraq qısa və uzunmüddətli perspektiv baxımından məhsulun marketinq planlarının işlənib hazırlaması

· Məhsul üzrə təlimlərin verilməsi və elmi-tibbi bazaya əsaslanan, kliniki-praktik sübuta malik dəstəyin göstərilməsi;

· Müvafiq şöbələrlə əməkdaşlıq edərək promosiya materiallarının hazırlanması.

İş şəraiti:

· Əmək haqqı: 1800-2000 AZN + Bonus sistemi mövcuddur

· İş qrafiki: I-V günlər 09:00-18:00

Tələblər

· Yaş: 25-45;

· Tibb üzrə ali təhsil;

· Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;

· Azərbaycan dilində səlis danışıq və yazma bacarığı;

· Bir xarici dil biliyi (rus və ya ingilis) mütləqdir, əlavə xarici dil biliyi üstünlükdür;

· Komandada işləmə bacarığı;

· Peşəkar ünsiyyət qurma bacarığı;

· İnkişafa və öyrənməyə meyilli;

· MS Office proqramları ilə işləmə bacarığı;

· Analitik təfəkkür;

· İşində dəqiq və məsuliyyətli;

· Yüksək səviyyədə təqdimat bacarığı.