Videoqraf

5 Dekabr 2025
1000 - 1200

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətin vizual və rəqəmsal kontentinin yaradılmasında iştirak etmək;
  • Təqdim olunan material və kontentlər əsasında şirkətin marketinq strategiyasına uyğun video çəkilişləri həyata keçirmək;
  • Video materialların, reklam və sosial çarxların montaj prossesini həyata keçirmək;
  • Şirkətin təşkil etdiyi müxtəlif tədbirlərin video çəkilişlərini standartlara uyğun şəkildə həyata keçirmək;
  • Videoların hazırlanması üçün vacib olan kompüter dəstəkli proqramlardan düzgün şəkildə istifadə etmək;
  • Trendləri izləmək və yenilikləri tətbiq etmək;
  • Müəllif hüquqlarının qorunmasına nəzarət etmək;
  • Tapşırılan işlərin vaxtında, keyfiyyətli həll olunmasını təmin etmək.

İş qrafiki:

  • İş qrafiki: 5 günlük iş rejimi (08:30-17:30)
  • Əmək haqqı: Başlanğıc olaraq nəzərdə tutulan 1000-1200 AZN, bazar rəqabətinə və performansa görə artandır.

Tələblər

Tələblər:

· Texniki peşə və ya ali (dizayn, vizual kommunikasiya və kinematoqrafiya üzrə təhsil arzuolunandır);

· Reklam roliki, promo videolar hazırlama tәcrübәsi;

· Yenilikləri tətbiq etmək bacarığı;

· Adobe Premier Pro, Adobe After Effects və s. video montaj proqramlarında işləmək bacarığı;

· Məsuliyyətli və kollektivə uyğun olmalı;

· Portfolio göndərilməsi mütləqdir.