İşin təsviri
Vəzifə öhdəlikləri:
- Tibbi alətlərin, sarğı materiallarının və xəstələrə qulluq predmetlərinin sterilizasiyasını həyata keçirmək;
- Pasiyentlərin müxtəlif növ tədqiqatlara, prosedurlara, əməliyyatlara və həkimin ambulator qəbuluna hazırlanmasını təmin etmək;
- Həkim təyinatının yerinə yetirilməsini təmin etmək;
- Pasiyentin və tibb heyətinin infeksiya təhlükəsizliyini təmin etmək, şöbədə olan bütün heyətin aseptika və antiseptika qaydalarına riayət etməsini təmin etmək;
- Tibbi sənədlərin müvafiq qeydiyyatının aparılması;
- Dərman və tibbi alətlərin saxlanılmasına nəzarət.
Tələblər
- Yaş: 22-45 yaş;
- Təhsil: Tibb bacısı işi üzrə orta ixtisas təhsil;
- Təcrübə: Qanalmada iş təcrübəsi mütləqdir;
- Səhiyyə Nazirliyinin sertifikasiyası mütləqdir;
- İşində məsuliyyətli olmalıdır.