İşin təsviri
- İnzibati departament üzrə gündəlik işlərin və təminat proseslərinin təşkili və koordinasiyasında iştirak etmək;
- Ofis mebeli, avadanlıqları, inzibati ləvazimatlar və digər zəruri materiallar üzrə tələbatı müəyyən etmək, sifarişlərin hazırlanmasını və icrasını təşkil etmək;
- İnzibati, texniki və təsərrüfat məsələləri üzrə yaranan ehtiyacların müəyyənləşdirilməsi və operativ həllində iştirak etmək;
- Təchizatçı şirkətlərlə sifariş və xidmət proseslərini koordinasiya etmək, müqavilə öhdəliklərinin icrasına, təqdim olunan məhsul və xidmətlərin sayına və məbləğinə nəzarət etmək;
- İnzibati fəaliyyət üzrə hesabatların, rəsmi təqdimatların, məktubların və digər sənədlərin hazırlanmasında iştirak etmək;
- Elektron sənəd dövriyyəsini həyata keçirmək və müvafiq sənədlərin sistemləşdirilməsini təmin etmək;
- İnzibati proseslərin səmərəli təşkili və təkmilləşdirilməsi üzrə təkliflər vermək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları operativ və vaxtında icra etmək.
Tələblər
- İnzibati işlər, ofis inzibatçılığı, təchizat və ya əlaqəli sahələr üzrə iş təcrübəsi;
- Microsoft Excel proqramı ilə işləmə bacarığı;
- Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
- Rus və ingilis dillərini bilməsi üstünlükdür;
- Təchizatçılar və digər tərəfdaşlarla effektiv işgüzar ünsiyyət qurmaq bacarığı;
- Sənədlərlə işləmə, məlumatların sistemləşdirilməsi və hesabatların hazırlanması bacarığı;
- Analitik və məntiqi düşünmə qabiliyyəti;
- Bir neçə tapşırığı paralel idarə etmək və prioritetləri düzgün müəyyənləşdirmək bacarığı;
- Komandada işləmək bacarığı;
- Məsuliyyətli, operativ və detallara diqqətli yanaşma.