İşin təsviri
- Şirkət üzrə layihələrin koordinasiyası, məlumatların toplanması və portfel üzrə təhlili;
- Layihə göstəricilərinin monitorinqi və hesabatların hazırlanması;
- Layihələrin icra vəziyyəti ilə bağlı daxili kommunikasiya və məlumat axınının təmin edilməsi;
- Şöbənin strateji və operativ fəaliyyətlərinə dəstək göstərilməsi;
- Tapşırıqların vaxtında icrası və layihə komandasına dəstək göstərilməsi.
Tələblər
- Ali təhsil (İqtisadiyyat, Biznesin idarəedilməsi, Layihələrin idarə olunması və ya əlaqədar sahələr üzrə);
- Müvafiq sahədə minimum 1-2 il iş təcrübəsi;
- Azərbaycan dili – əla, İngilis dili – yaxşı (Rus dili biliyi arzuolunandır);
- Layihə idarəetmə metodologiyaları üzrə biliklər (Agile, Waterfall, Hybrid)
- Jira,Trello proqramları ilə işləmə bacarığı;
- MS Office proqramları ilə işləmə bacarığı;
- Təşkilatçılıq və kommunikasiya bacarıqları;
- Analitik düşüncə və problem həll etmə qabiliyyəti;
- Yüksək ünsiyyət və komanda mühitində işləmək bacarığı.