İşin təsviri
- Nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət etmək və istismar prosesinin fasiləsizliyini təmin etmək;
- Avtomobillərin planlı texniki baxış və təmir proseslərini təşkil və koordinasiya etmək;
- Nəqliyyat vasitələrinin təmirə yönləndirilməsi və servis xidmətləri ilə əlaqələrin idarə olunmasını həyata keçirmək;
- Ehtiyat hissələri, texniki ləvazimatlar və sərf materiallarının uçotunu və istifadəsinə nəzarəti təmin etmək;
- Yanacaq sərfiyyatına, nəqliyyat xərclərinə və istismar göstəricilərinə nəzarət etmək;
- GPS və nəqliyyat izləmə sistemləri vasitəsilə nəqliyyat vasitələrinin hərəkətinə monitorinq aparmaq;
- Avtomobillərə aid sənədlərin (sığorta, texniki baxış, etibarnamə və s.) vaxtında yenilənməsini və idarə olunmasını təmin etmək;
- Sürücülərin fəaliyyətini koordinasiya etmək və iş intizamına nəzarət etmək;
- Nəqliyyat vasitələrinin istismarı ilə bağlı hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Nəqliyyat proseslərinin optimallaşdırılması və xərclərin azaldılması üzrə təkliflər vermək;
- Təhlükəsizlik qaydalarına və daxili prosedurlara uyğunluğun təmin edilməsində iştirak etmək.
Tələblər
- Nəqliyyat sahəsində minimum 5 il iş təcrübəsi;
- Avtomobillərin texniki istismarı və nəqliyyat prosesləri üzrə biliklər;
- Sürücü heyətinin və nəqliyyat proseslərinin koordinasiya olunması bacarığı;
- Nəqliyyat xərclərinin və müvafiq sənədlərin idarə olunması üzrə təcrübə;
- MS Office proqramlarında, xüsusilə Excel proqramında işləmək bacarığı;
- Analitik düşüncə və operativ qərarvermə qabiliyyəti;
- Komandada işləmək və effektiv kommunikasiya bacarığı;
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı.