İşin təsviri
- Korporativ şəbəkə infrastrukturunun (Firewall, IPS, Switch, Router və s.) fasiləsiz, təhlükəsiz və dayanıqlı fəaliyyətinin təmin edilməsi;
- Şəbəkə avadanlıqlarının quraşdırılması, sazlanması, konfiqurasiyası və istismarının həyata keçirilməsi;
- Şəbəkə avadanlıqlarında yaranan nasazlıqların diaqnostikası, təhlili və operativ şəkildə aradan qaldırılması (troubleshooting);
- Şəbəkə təhlükəsizliyinin təmin edilməsi, təhlükəsizlik risklərinin aşkarlanması və onların aradan qaldırılması üzrə texniki həllərin hazırlanması və tətbiqi;
- Firewall, VPN, IPS və digər təhlükəsizlik həllərinin idarə olunması və dəstəklənməsi;
- Şəbəkə avadanlıqlarının konfiqurasiyalarının ehtiyat nüsxələrinin (backup) yaradılması, bərpası və dəyişikliklərin idarə olunması;
- Şəbəkə resurslarına giriş hüquqlarının yaradılması, dəyişdirilməsi və idarə edilməsi;
- VPN tunellərinin qurulması, idarə olunması və fasiləsiz işləməsinin təmin edilməsi;
- Bulud infrastrukturu ilə məlumat mərkəzi arasında şəbəkə inteqrasiyasının qurulması və dəstəklənməsi;
- IP telefoniya infrastrukturunun idarə olunması və texniki dəstəyin göstərilməsi;
- Yeni rabitə kanallarının qoşulması, avadanlıqların sazlanması və xidmətlərin istismara qəbulunda iştirak;
- Şəbəkə monitorinq sistemlərinin qurulması, idarə olunması və inkişaf etdirilməsi;
- Şəbəkə trafikinin monitorinqi və təhlili, performansın optimallaşdırılması və potensial problemlərin qabaqlayıcı şəkildə aşkarlanması;
- İnternet və rabitə xidmətləri üzrə provayderlərlə texniki məsələlərin həlli və koordinasiyanın təmin edilməsi;
- Şəbəkə infrastrukturuna dair texniki sənədlərin, topologiya sxemlərinin, konfiqurasiya məlumatlarının və inventar uçotunun aktual vəziyyətdə saxlanılması.
Tələblər
- Ali təhsil (İnformasiya texnologiyaları, Kompüter elmləri və ya əlaqəli ixtisaslar üzrə üstünlükdür);
- Korporativ şəbəkə infrastrukturu və ya sistem inteqrasiyası sahəsində minimum 3 il iş təcrübəsi;
- Korporativ WAN/LAN şəbəkələrinin layihələndirilməsi, qurulması, istismarı və inkişafı üzrə praktiki təcrübə;
- Cisco Routing, Switching və Security həlləri üzrə nəzəri bilik və praktiki təcrübə;
- Cisco, Fortinet və digər istehsalçıların şəbəkə avadanlıqlarının konfiqurasiyası, idarə olunması və texniki dəstəyi üzrə təcrübə;
- NGFW, IPS, WAF, VPN və digər şəbəkə təhlükəsizliyi həlləri ilə iş təcrübəsi;
- Linux əməliyyat sistemi üzrə inzibatçılıq bilikləri;
- IP telefoniya sistemlərinin idarə olunması üzrə təcrübə;
- Şəbəkə avadanlıqlarının quraşdırılması, kabelləşdirilməsi və istismara verilməsi üzrə təcrübə;
- Şəbəkə protokolları (TCP/IP, OSPF, BGP, VLAN, STP, NAT, DHCP, DNS və s.) üzrə biliklər;
- İnformasiya təhlükəsizliyi prinsipləri və şəbəkə təhlükəsizliyi standartları üzrə biliklər;
- Şəbəkə monitorinq sistemləri (məsələn, Zabbix, PRTG, SolarWinds və s.) ilə iş təcrübəsi üstünlükdür;
- CCNP, Fortinet NSE/FCP və ya digər beynəlxalq sertifikatların olması üstünlükdür;
- İngilis dili biliyi (texniki sənədlərin oxunması və istehsalçıların texniki dəstək xidmətləri ilə yazışma səviyyəsində).