İşin təsviri
- Şöbənin ümumi fəaliyyətinə rəhbərlik etmək və işçi qrupunu idarə etmək;
- Müəssisənin maliyyə əməliyyatlarının AML/CFT (ƏL/TMM) qanunvericiliyinə uyğunluğunu təmin etmək;
- AML/CFT (ƏL/TMM) tələblərinə uyğun şübhəli əməliyyatların araşdırılmasını təşkil etmək və müvafiq qurumlara (Maliyyə Monitorinqi Xidməti və s.) vaxtında təqdim olunmasını təmin etmək;
- AML/CFT (ƏL/TMM) tələblərinə uyğun risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, nəzarəti və idarə olunmasını həyata keçirmək;
- Müştərilərin tanınması (KYC), əməliyyatların monitorinqi və risk göstəricilərinin tətbiqi üzrə nəzarəti təmin etmək;
- AML/CFT (ƏL/TMM) qaydalarının, prosedurlarının və nəzarət mexanizmlərinin hazırlanması, yenilənməsi və tətbiqinə rəhbərlik etmək;
- Əməkdaşların AML/CFT və əməliyyat riskləri üzrə maarifləndirilməsini təşkil etmək və peşəkar inkişaflarına dəstək göstərmək;
- Dövlət qurumları, nəzarət orqanları, daxili və xarici auditlərlə əlaqələri qurmaq və hesabatlılığı təmin etmək;
- Rəhbərliyə dövri və xüsusi hesabatları təqdim etmək;
- Şöbənin fəaliyyət istiqaməti üzrə rəhbərlik tərəfindən müəyyən edilmiş digər tapşırıqları icra etmək.
Tələblər
- Ali təhsil (Maliyyə, İqtisadiyyat, Hüquq və ya əlaqəli sahələr);
- Minimum 5 il ƏL/TMM sahəsində iş təcrübəsi, onlardan azı 2 ili rəhbər vəzifədə;
- ƏL/TMM üzrə milli qanunvericilik və beynəlxalq standartlar (FATF, Basel prinsipləri) üzrə biliklər;
- Maliyyə monitorinqi üzrə hesabatlılıq, sənədləşdirmə və nəzarət təcrübəsi;
- İdarəçilik və komanda rəhbərliyi bacarıqları;
- Analitik düşünmə, qərarvermə və risklərin qiymətləndirilməsi bacarıqları;
- MS Office proqramlarında sərbəst işləmə bacarığı; analitik alətləri bilmək üstünlükdür;
- Azərbaycan, ingilis dili – yaxşı səviyyədə; rus dilləri – üstünlükdür;
- Məsuliyyət, məxfilik prinsiplərinə riayət və yüksək etik davranış.