İşin təsviri
- Müəssisə üzrə əməliyyat risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi, monitorinqi və risklərin azaldılması üzrə təkliflərin hazırlanması;
- Risk nəzarət və özünü qiymətləndirmə (RCSA) proseslərinin təşkili, nəticələrinin təhlili və risklərin idarə olunmasına dair təkmilləşdirmə tövsiyələrinin verilməsi;
- Risk nəzarət matrisinin aparılması, dövri yenilənməsi və təkmilləşdirilməsi;
- Əməliyyat insidentlərinin qeydiyyata alınması, təhlili və onların qarşısının alınması məqsədilə korrektiv tədbirlərin hazırlanması və icrasına nəzarət;
- Daxili normativ sənədlərin, yeni proses və məhsulların əməliyyat riski baxımından qiymətləndirilməsi, rəy və tövsiyələrin hazırlanması;
- Zəruri hallarda stress-test və ssenari analizlərinin aparılması, nəticələr əsasında risklərin idarə edilməsi üzrə təkliflərin verilməsi;
- Risklərin idarə edilməsinə dair hesabatların hazırlanması, rəhbərliyə təqdim olunması və müzakirələrdə iştirak edilməsi;
- Əməliyyat risklərinin idarə olunması sahəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.
Tələblər
- Ali təhsil (maliyyə, iqtisadiyyat, audit, risklərin idarə edilməsi və ya əlaqədar sahələr üzrə);
- Minimum 3 il iş təcrübəsi (risklərin idarə olunması, daxili audit, uyğunluq və ya əlaqədar sahələrdə təcrübə üstünlükdür);
- Əməliyyat risklərinin idarə olunması prinsipləri, RCSA, risk matrisi və insident idarəetməsi üzrə biliklər;
- Analitik təfəkkür, yüksək diqqətlilik və problem həll etmə bacarığı;
- Güclü yazılı və şifahi ünsiyyət bacarığı, rəyvermə və hesabat hazırlama təcrübəsi;
- MS Office proqramlarını (xüsusilə Excel və PowerPoint) yaxşı səviyyədə bilmək;
- İngilis və rus dillərini bilmək üstünlükdür.