İşin təsviri
- Satınalma proseslərinin Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunu, NK qərarları və AZCON daxili Satınalma Qaydalarına uyğun icra edilməsi;
- İllik satınalma planının hazırlanmasında iştirak etmək, satınalmaların planlaşdırılması və struktur bölmələrin təlabatlarını öncədən müəyyənləşdirmək məqsədilə məlumatların tələb edilməsi;
- Bazarın araşdırılması, vendorlarla əlaqələrin qurulması, qiymətlərin müqayisəsinin aparılması;
- Satınalma müqavilələrinin hazırlanması, təsdiq etdirilməsi, əlavə və dəyişikliklərin hazırlanması, icrasına nəzarət edilməsi və reyestrinin aparılması;
- Müəssisədə həyata keçirilən satınalma prosedurları ilə bağlı rəhbərlik və digər dövlət orqanları üçün hesabatları hazırlanması;
- Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması və təhlil olunması;
- Satınalma komissiyasının işinin təşkili, iddiaçılardan daxil olan sorğuların cavablandırılması;
- Şöbənin fəaliyyət istiqamətləri üzrə digər işlərin yerinə yetirilməsi.
Tələblər
- Təhsil: Ali təhsil (İqtisadiyyat, Menecment və ya əlaqəli sahələr üzrə)
- İş təcrübəsi: müvafiq sahədə minimum 2 il;
- Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunu və etender.gov.az portalı üzrə biliklər;
- Analitik düşüncə və strategik planlaşdırma;
- İngilis dili və ya rus dili bilikləri (əlavə üstünlük).
- Kompüter biliyi: MS Office proqramları, 1C 8.3.