Sığorta layihə üzrə əməkdaş

İşin təsviri

  • Sığorta şirkətləri ilə əməkdaşlıq əlaqələrinin qurulması və effektiv şəkildə idarə olunması;
  • Sığorta məhsulları üzrə bazarın araşdırılması, təhlilin aparılması və əldə olunan nəticələr əsasında məhsul və xidmətlərin inkişafı üzrə təkliflərin hazırlanması;
  • Əməliyyat sistemində həyata keçirilən sığorta əməliyyatlarına nəzarətin və təhlilin aparılması;
  • Zərurət yarandıqda İT komandası üçün texniki tapşırıqların (TOR) hazırlanması və prosesin izlənilməsi;
  • Sığorta məhsul və xidmətlərinin satış effektivliyinin artırılması məqsədilə müştəri xidməti strukturları üçün sığorta tərəfdaşları ilə birgə təlim və treyninqlərin təşkili;
  • Müştəri xidməti strukturunda çalışan və sığorta məhsullarının satışını həyata keçirən əməkdaşlara metodoloji və məsləhətçi dəstəyinin göstərilməsi;
  • Sığorta məhsulları üzrə dövri hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.

Tələblər

  • Ali təhsil (bakalavr);
  • Sığorta sahəsində ən azı 2 il;
  • MS Office proqramları;
  • Azərbaycan dili səlis, ingilis və rus dili biliyi üstünlükdür;
  • Komandada işləmək bacarığı;
  • Tənqidi məntiqi və analitik düşünmə;
  • Yüksək ünsiyyət qabiliyyəti.