İşin təsviri
- Nəqliyyat vasitəsini yol hərəkəti qaydalarına uyğun, təhlükəsiz və səliqəli şəkildə idarə etmək;
- Rəhbərliyin və ya şirkətin verdiyi tapşırıqlar üzrə marşrutları vaxtında icra etmək;
- Avtomobilin texniki vəziyyətinə gündəlik nəzarət etmək (yağ, yanacaq, təkərlər və s.);
- Texniki nasazlıq yarandıqda vaxtında rəhbərliyə məlumat vermək;
- Yanacaq sərfiyyatına nəzarət etmək və hesabat vermək;
- Avtomobillə bağlı sənədlərin (texniki pasport, sığorta və s.) qüvvədə olmasına nəzarət etmək;
- Daşınan yükün və ya sərnişinlərin təhlükəsizliyini təmin etmək.
Tələblər
- Sürücülük vəsiqəsinin olması (B;C)
- Minimum 2–3 il aktiv sürücülük təcrübəsi;
- Yol hərəkəti qaydalarını və təhlükəsizlik normalarını yaxşı bilməsi;
- Avtomobilin texniki quruluşu barədə baza biliklərinin olması;
- Məsuliyyətli, diqqətli və intizamlı olması;
- Səliqəli xarici görünüş və ünsiyyət bacarığı;
- Məxfilik və etik davranış qaydalarına riayət etməsi;
- Şəhər yollarını yaxşı tanıması.